Icma.az
close
up
RU
Qızıla pul yatıranlar ABŞ da açıqlanacaq kritik məlumatları gözləyirlər Bazarlarda nəfəslər tutulub

Qızıla pul yatıranlar ABŞ da açıqlanacaq kritik məlumatları gözləyirlər Bazarlarda nəfəslər tutulub

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dolların zəifləməsi qızılın qiymətinə müəyyən dəstək verərkən, ABŞ xəzinə istiqrazlarının yüksələn gəlirləri bu dəstəyi məhdudlaşdırır. İnvestorlar isə gələn həftə keçiriləcək ABŞ Mərkəzi Bankının (FED) iclasını və bu iclas öncəsi açıqlanacaq və faiz siyasəti istiqamətində ipucu verəcək mühüm inflyasiya məlumatlarını gözləyirlər.

Marja xəbər verir ki, qızılın qiməti təxminən sabit qalıb, gün ərzində 0,28% artımla 4218 dollara yüksəlib (Bakı vaxtı ilə saat 13:10-a olan məlumat) və həftəni 0,5% azalma ilə bağlamağa hazırlaşır.

10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi son iki həftənin ən yüksək səviyyələrinə yaxın qalıb, dollar isə böyük valyutalar qarşısında beş həftənin ən aşağı səviyyələrinə yaxın zəifliyini qoruyub saxlayıb.

"Nirmal Bang Commodities"in tədqiqat direktoru Kunal Shah deyib:

"Bazarlar, FED-in növbəti addımını gözləyən yeni bir təkanverici səbəb axtarır. Noyabr ayındakı qısa yüksəlişdən sonra qızıl konsolidasiya olunur, lakin gələcək trendlər yüksəliş yönündə görünür."

Shah əlavə edib ki, yüksək istiqraz gəlirləri qızıl qiymətlərinə təzyiq göstərməyə davam edir.

ABŞ-da cümə axşamı açıqlanan məlumatlar göstərib ki, işsizlik müavinəti üçün müraciətlər keçən həftə 191 minə düşüb və bu son üç ilin ən aşağı səviyyəsidir. Gözlənti isə 220 min idi.

Çərşənbə günü açıqlanan ADP məlumatları isə özəl sektorda çalışan işçilərin sayı noyabr ayında 32 min azaldığını göstərib; bu, son iki buçuk ilin ən kəskin azalışıdır.

Zəif məşğulluq göstəriciləri, FED-in gələn həftə keçiriləcək iclasında faiz endirimi ehtimalını 90%-ə qaldıraraq bazarlarda güclü gözlənti yaradıb. Böyük broker şirkətləri də 9–10 dekabr tarixli iclasda faiz endirimi gözləyir.

Gözləniləndən zəif iqtisadi göstəricilər, faiz endirimi gözləntilərini artıraraq dolların ucuzlaşmasına səbəb olur. Faizlərin azalması, gəlir gətirməyən qızıl kimi aktivləri daha cəlbedici edir.

Bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın Əsas PCE Qiymət Indeksi (Core PCE Price Index) açıqlanacaqdır. PCE, Federal Ehtiyat Sistemi (FED) üçün ən vacib inflyasiya göstəricisidir. Sentabr ayında ABŞ-da əsas inflyasiyanın aylıq 0.2%, illik müqayisədə isə 2,9% artacağı gözlənilir. ABŞ-da avqustda inflyasiya aylıq müqayisədə 0,2%, illik müqayisədə 2,9% artmışdı. ABŞ-da sentyabrda inflyasiya sabit qalsa belə, bu nəticələr FED-in faizərini sabit saxlayacağı ehtimalını azaldır, hətta gələcək aylar üçün faiz endirimi gözləntilərini gücləndirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://marja.az
archiveBu xəbər 05 Dekabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri