Icma.az
close
up
RU
2500 manata satılan lüks avtomobillər Alanları nə gözləyir?

2500 manata satılan lüks avtomobillər Alanları nə gözləyir?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Məlum məsələdir ki, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti ABŞ-də qəzaya düşmüş maşınlardır. Bu avtomobillərin vəziyyəti barədə VİN kodu vasitəsi ilə "CarFax" etdirməklə tam məlumat almaq mümkündür.

Bəzi avtomobilləri "CarFax" etdirən zaman maşının sığorta statusunda "salvage" yazılır. Bəs bu nə deməkdir? 1000, 1500 dollara satılan "Salvage" kateqoriyalı maşınları almağa dəyər?

Milli.Az xəbər verir ki, "salvage" maşın almaq barədə düşünərkən bir neçə vacib məqamı nəzərə almaq lazımdır. "Salvage" maşınlar, ümumiyyətlə, ciddi qəzaya düşən, təbii fəlakət, yanğın və ya su zədəsi almış, sığorta şirkətləri tərəfindən dəyərdən düşmüş avtomobillərdir. Bunların bəzi üstünlükləri və çatışmazlıqları var:

"Salvage" maşınlar adi maşınlardan daha ucuz olur. Ucuz qiymət səbəbilə bəzən daha üstün model almaq imkanı yaradır. Maşını yenidən yığmaq və ya ehtiyat hissəsi kimi istifadə etmək istəyənlər üçün bu maşınlar yaxşı seçim ola bilər.

Alverçilərə bəd, maşın almaq istəyənlərə şad xəbər - Artıq Azərbaycanda da mümkün oldu

"Salvage" maşınlar əvvəllər ciddi zədələr gördüyü üçün, onların tam güvənli olması şübhəli ola bilər. Hətta yenidən düzəldilsə belə, bu maşınlar gələcəkdə satmaq üçün çətin olacaq və yenidən dəyərdən düşəcəklər. Bəzi sığorta şirkətləri salvage maşınları sığortalamaqda çətinlik yarada bilər və ya tam sığorta xidmətləri təklif etməyə bilər. Bu maşınların bir çoxunda uzunmüddətli texniki problemlər yarana bilər. Yenidən düzəldilsə belə, zamanla əlavə xərc tələb edə bilər.

Əgər bu maşını ehtiyat hissələri üçün almaq və ya qısa müddətli istifadə etmək istəyirsinizsə, uyğun qiymətə tapmaq sərfəli ola bilər. Lakin uzunmüddətli istifadə, təhlükəsizlik və satışı düşünürsünüzsə, "salvage" maşın almaq böyük risk daşıyır.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri