254 saylı məktəbdə veteran müəllimlərlə görüş keçirilib FOTOLAR
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai rayonu Rövşən Əliyev adına 254 saylı tam orta məktəbdə veteran müəllimlərlə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, məktəbin direktoru Aslan Musayevin rəhbərliyi, Nazilə Rüstəmzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş, pedaqoji ömrünü şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş veteran müəllimlər iştirak ediblər.
Görüşdə veteran müəllimlərin çoxillik pedaqoji fəaliyyəti, məktəbin inkişafına verdikləri töhfələr və gənc nəslin formalaşmasında göstərdikləri xidmətlərdən bəhs olunub. Onların illər ərzində qazandıqları təcrübənin gənc müəllimlər üçün əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində səmimi fikir mübadiləsi aparılıb. Veteran müəllimlər pedaqoji fəaliyyətləri ilə bağlı xatirələrini bölüşüb, təhsil sahəsində çalışdıqları illər ərzində qarşılaşdıqları maraqlı məqamlar və qazandıqları təcrübə barədə danışıblar.
Görüşdə müəllimlik peşəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığı, pedaqoji ənənələrin qorunması və nəsildən-nəslə ötürülməsinin önəmi qeyd edilib.
Sonda veteran müəllimlərə uzun illər ərzində təhsil sahəsində göstərdikləri fədakar xidmətə, şagirdlərin yetişdirilməsinə verdikləri töhfələrə və məktəbin inkişafındakı fəaliyyətlərinə görə təşəkkür edilib.
Tədbir veteran müəllimlərin əməyinə ehtiramın ifadəsi olmaqla yanaşı, onların zəngin pedaqoji təcrübəsinin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyət daşıyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 07 Oktyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















