Icma.az
close
up
RU
26 dekabr 1991ci il...

26 dekabr 1991ci il...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həmin gün Xankəndi işğal olunsa da, tarixi ədalət bərpa edildi

Azərbaycan dövləti və xalqı tarixi ədaləti bərpa edərək ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edib. Xalqımız bu sevinci 2020-ci ildə 44 günlük Vətən müharibəsində  və 2023-cü ilin sentyabrında Qarabağda keçirilən bir günlük antiterror tədbiri sayəsində yaşayıb.

Həmin vaxtlaradək isə hər il işğal günlərini qeyd edirdik. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, işğal tarixləri heç vaxt unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır.  Məhz bu gün işğal tarixlərindən birinin ildönümüdür. Belə ki, 26 dekabr 1991-ci ildə Xankəndi şəhəri ermənilər tərəfindən işğal olunub və...

Xankəndinin tarixi... 

Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın xanımı Pəricahan bəyimə hədiyyə olunub.

Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb.  SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü il iyulun 7-də sovet hakimiyyəti tərəfindən Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək azərbaycanlılara  qarşı soyqırımı törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Keçmiş SSRİ dövründə Xankəndidə yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar. 1988-ci il hadisələri başlayanda Xankəndidə erməni əhalisi azərbaycanlılardan çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı  təxminən 15 min civarında idisə, ermənilər 40 min nəfərədək “artmışdılar”.

1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Keçmiş ittifaqda rəhbər dairələrin dəstəyi ilə güclənən erməni separatçıları sonuncu azərbaycanlıları 26 dekabr 1991-ci ildə Xankəndidən silah gücünə çıxarmışdılar.

Xankəndini “erməniləşdirmək” planı iflasa uğradı

Xatırladaq ki, Xankəndinin baş planı hələ sovet dövründə Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. Amma işğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. Məsələn, bunlardan biri “Artsax parlamenti”nin binası adlanırdı. Binanın açılışı keçmiş separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, yəni 2007-ci il sentyabrın 2-də olub.

İşğal illərində ucaldılan digər bir bədnam tikili “veteranlar binası” və yaxud “Artsaxı azad etmiş döyüşçülər ittifaqının binası” adlandırılırdı. Xankəndi şəhərinin mərkəzi meydandakı “veteranlar binası”ının açılışı 2013-cü il mayın 8-də baş tutub. Bu tarix, əlbəttə ki, təsadüfi seçilməmişdi. Şuşa məhz 1992-ci il mayın 8-də işğal olunmuşdu.

Lakin Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmadı. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmişdi. Sülhməramlıların məsuliyyət zonasında olsa da, erməni separatçıları davamlı olaraq hərbi təxribatlara əl atırdılar. Buna görə də, Azərbaycan Ordusu 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbiri keçirərək Qarabağdakı separatçı rejimi diz çökdürdü. Xalqımıza qarşı qətliamlar törətmiş hərbi cinayətkarlar isə həbs olunaraq Bakıya gətirildilər. Ötən il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdı. 8 noyabrda isə şəhərdə Zəfər Gününə həsr olunmuş təntənəli hərbi parad keçirildi.

Xankəndinin tarixi-milli siması özünə qaytarılır

Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xankəndi də abadlıq-quruculuq meydanına çevrilib. Xankəndinin tarixi-milli siması özünə qaytarılır. Artıq işğal illərində şəhərin simasına yamaq edilən binalar, saxta simvollar sökülüb. Qarabağda suverenliyimizin bərpasından sonra saxta simvollardan təmizlənən tikililərdən biri də Xankəndi şəhər stadionu oldu. Buradan qondarma bayrağın rəngləri ilə  bəzədilmiş oturacaqlar sökülərək yeniləri ilə əvəzləndi və digər zəruri işlər görüldü. Açılışa hazırlanan Xankəndi şəhər stadionunda 21 dekabr 2023-cü ildə Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” və MOİK komandaları üz-üzə gəldilər. Yenidən qurulan stadionda topa ilk ayaq vuran isə Prezident İlham Əliyev oldu...

Hazırda şəhərdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Artıq bu il Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Burada ilk mərhələdə təxminən 1200 tələbə təhsil alır. Eləcə də, şəhərdə orta məktəb, istehsal müəssisəsi, iaşə obyektləri, hotel və s. fəaliyyət göstərir. Beləliklə,   Xankəndidən olan azərbaycanlıların da üç onillik ərzində yaşadıqları məşəqqətli qaçqınlıq və məcburi köçkünlük dövrü sona çatıb. Böyük Qayıdış proqramına uyğun olaraq onların do?ma şəhərə köçürülməsi həyata keçiriləcək.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see471

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see446

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see282

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see244

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see222

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see216

Qlobal atmosfer qazanı qaynayır Azərbaycana yeni hava zərbəsi gəlir

11 İyul 2026 15:27see172

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see172

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see169

Bir neçə saatdan günlərə qədər... Hollivud tarixinin ən qısa evlilikləri

11 İyul 2026 16:22see165

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see165

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see164

Azərbaycançılığın təbliği Lerikdə davam etdi

11 İyul 2026 18:20see163

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see163

DÇ 2026: İngiltərə Norveçə, Argentina İsveçrəyə qarşı

11 İyul 2026 14:51see160

Rusları yaxın gələcəkdə partlayıcı qiymət artımları gözləyirlər...

11 İyul 2026 18:33see159

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see157

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see154

“Yeni Qorbaçov”a salamlar..!

11 İyul 2026 18:18see153

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri