Icma.az
close
up
RU
“Sədərək”də reklam lövhəsinin sökülməsi monopolist şirkətlərin maraqlarına xidmət edir MEMAR VİDEO

“Sədərək”də reklam lövhəsinin sökülməsi monopolist şirkətlərin maraqlarına xidmət edir MEMAR VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında “Sədərək” Ticarət Mərkəzinin ətrafında sahibkarlarla Dövlət Reklam Agentliyi əməkdaşları arasında gərginlik yaşanıb.
Avtosfer.az xəbər veriri ki, sahibkarlar ticarət mərkəzinin ətrafında yerləşdirilmiş ödənişli reklam lövhələrinin əvvəlcədən xəbərdarlıq edilmədən sökülməyə başlandığını bildirir. Onlar qeyd ediblər ki, söküntü nəticəsində ümumilikdə 21 reklam lövhəsi dağıdılıb və bu, təxminən 210 min manat məbləğində maddi zərərə səbəb olub. Sahibkarlar bu addımı qanunsuz hesab edərək bildiriblər ki, belə tədbirlər ticarət fəaliyyətinə və reklam bazarına mənfi təsir göstərir.
“Sədərək” Ticarət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, qüvvəyə minmiş məhkəmə qərarı ilə ticarət mərkəzinin ərazisi özəl mülkiyyət kimi tanınıb və bu barədə Dövlət Reklam Agentliyinə rəsmi məlumat təqdim olunub. O əlavə edib ki, ərazi tam hasarlanıb, mühafizə olunur və reklam konstruksiyaları bazarın daxili hissəsində, ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan zonalarda yerləşdirilib.


Məsələ ilə bağlı Dövlət Reklam Agentliyi hadisəyə münasibət bildirib. Agentliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmayıb. Qanunvericiliyə əsasən, açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən edilmir. Agentlik həmçinin vurğulayıb ki, istinad edilən məhkəmə qərarı reklam daşıyıcılarının sökülməsi ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsi üçün icazələrin verilməsinə aiddir.


Bu məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında deyib ki, bu kimi hadisələr çoxdan gözlənilirdi və artıq hər gün baş verir:
“Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü kimi açıq şəkildə deyə bilərəm ki, Azərbaycan Dövlət Reklam Agentliyi öz adına uyğun fəaliyyət göstərmir. Adı “Azərbaycan Dövlət Reklam Agentliyi” olsa da, faktiki olaraq yalnız açıq hava reklamlarına nəzarət edir. Halbuki nə metroda, nə qoruqlarda, nə nəqliyyatda, nə mediada, nə də sosial mediada bu qurumun heç bir hüquqi təsiri yoxdur və açığı, buna görə sevinmək lazımdır. Çünki açıq hava reklamlarını bu vəziyyətə salan bir qurum, digər sahələrə də müdaxilə etsəydi, orada da eyni tənəzzül yaşanardı. Konkret olaraq, Azərbaycan Dövlət Reklam Agentliyi yarandığı gündən bəri ciddi səhvlərə yol verib. Onun keçmiş rəhbəri Aydın İbadov dövründə bu problemlər başladı, mən isə düşünürdüm ki, yeni rəhbərlik dövründə vəziyyət dəyişəcək. Təəssüf ki, nəinki səhvlər aradan qalxmadı, əksinə, vəziyyət getdikcə daha da pisləşdi.
Hazırda bölgələrdə, hətta Bakının özündə belə reklam şirkətləri demək olar ki, reklam yerləşdirə bilmir. Bir tərəfdən süni monopoliya yaradılıb, digər tərəfdən isə illərdir fəaliyyət göstərən milli reklam şirkətlərinin reklamları “yararsız” adı ilə demontaj edilir, sökülür və tamamilə sıradan çıxarılır. Onların yerinə isə cəmi bir-iki “xüsusi təyin olunmuş” şirkətə imtiyaz verilir və bütün reklam bazarı həmin qurumların əlində cəmləşir”.
Cahid Həsənov qeyd edib ki, nəticədə yerli şirkətlər sıradan çıxarılır, bazardan sıxışdırılır və reklam sektorunda tənəzzül dərinləşir:
“Açıq məkanda reklamların kəsilməsi, konstruksiyaların sıradan çıxması əslində bir neçə monopolist şirkətin maraqlarına xidmət edir. Əgər hansısa reklam yararsız sayılırsa, şirkətə müraciət edib onu düzəltmək imkanı tanınmalıdır. Necə ola bilər ki, Agentliyin imtiyaz verdiyi şirkətlər “yararlı” reklam qoya bilir, amma 20–30 ildir bu bazarda fəaliyyət göstərən, sovet dövründən reklam sahəsini formalaşdıran milli şirkətlərə bu imkan verilmir? “İki metr hündürlükdə reklam yararsızdır” deyirlər — bəs nə olmalıdır? Brilliantdandırsa, qoy brilliantdan olsun, qızıldandırsa, qoy qızıldan olsun! Burada məsələ reklamın keyfiyyətində deyil, münasibətdədir. Bu, Azərbaycan reklamının açıq məkanda tam tənəzzülüdür. Son beş ildə Azərbaycan Dövlət Reklam Agentliyi bu sahədə təxminən 10 min iş yerinin bağlanmasına səbəb olub. Mən bir ekspert kimi açıq şəkildə deyirəm: bu, açıq məkanda reklam sektorunun boğulması deməkdir”.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri