Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

25 dekabr 1991ci il SSRİnin süqut günü

25 dekabr 1991ci il SSRİnin süqut günü

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərb siyasətçiləri bu süqutun reallaşdırılması üçün uzun illər çalışmışdılar. Ortada elə bir nəticə yox idi. Elə SSRİ adlı nəhəng dövlətin tərkibində olan “müttəfiq” respublikaların əhalisi də həmin günü arzulamaqla kifayətlənmir, bunun üçün gah açıq, gah da gizli səy göstərirdilər. Real nəticələr isə hələ uzaqda görünürdü. Ancaq Kreml rəhbərliyinin öz ölkəsində milli ayrı-seçkiliyi gizlətməməsi, gah Orta Asiyada (Qazaxıstanda Kolbin məsələsi, Özbəkistanda ermənilərin əli ilə Ahıska türklərinə qarşı süni problem yaradılması), gah Baltikyanı ölkələrdə, gah da Cənubi Qafqazda (əvvəlcə Tbilisidə, sonra isə Bakıda) yerli əhalini minbir bəhanə ilə qanına qəltan etməsi qırmızı imperiyanın sonunu yaxınlaşdırdı və... milyonların arzusu reallaşdı.

Doğrudur, Qərb mətbuatı sonralar yazırdı ki, SSRİ-nin çökməsinin əsas səbəbi həmin ölkənin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun başladığı islahatlar kursu olmuşdu. Şərqdə isə deyirlər ki, “yalan olmaz, yanlış olar”. Bəli, Mixail Qorbaçovun “yenidənqurma” adı ilə başladığı həmin islahatlar SSRİ xəritəsinin bir çox hissəsində qan ləkələri, qırğın şəkilləri yaratmışdı. Yəni qərblilər bu məsələdə Mixail Qorbaçovun adını çəkməkdə haqlı idilər, ancaq SSRİ-nin çökməsinin əsas səbəbi onun islahatları yox, milli ayrı-seçkilik zəminində axıtdığı qanlar , azadlıqsevər insanların qəsdən məhv edilməsi olmuşdu.

Qeyd etdiyimiz fakt ( Kremlin ölkəni qan çanağına çevirməsi İ.M.) o qədər ağrılı idi ki, politoloq və siyasətçilər nəhəng bir dövlətin dünya xəritəsindən silinməsi kimi, tarixi hadisəni kin və nifrətlə, cəmi iki cümlə ilə qeyd edirdilər: “SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov 1991-ci il dekabrın 25-də vəzifəsindən istefa verib. Bununla da SSRİ dövləti hüquqi cəhətdən süqut edib”.

... Xatırladaq ki, 1964-cü ildən Sov. İKP MK-nın birinci katibi olan Leonid Brejnevin rəhbərliyi dövründə “birinci katib” vəzifəsi 1966-cı ildən “Baş katib”lə əvəz edildi və SSRİ-də ən yüksək vəzifə hesab olundu. 1985-ci ildən bu vəzifəni Mixail Qorbaçov tutdu, bu ona faktiki dövlət başçısı kimi həm partiyanın, həm də dövlətin lideri olmaq səlahiyyəti verdi. 1990-cı ilin martından etibarən isə Mixail Qorbaçov Sov. İKP MK-nın Baş katibi və SSRİ Prezidenti vəzifələrini birləşdirdi. Sonra SSRİ Konstitusiyasının 6-cı maddəsi ləğv edildi və Sov. İKP ölkə hakimiyyətindəki inhisarını itirdi. Ancaq partiya öz hökmranlığını itirsə də, 1991-ci il avqustun 19-21-də Moskvada baş verən hadisələrə qədər hakim partiya olaraq qaldı. 1991-ci il dekabrın 25-də, nəhayət, SSRİ-nin mövcudluğu dayandırıldı. Bildirilir ki, SSRİ-nin mövcudluğunun 70 ili ərzində yalnız 9 partiya və dövlət rəhbəri (hökuməti idarə edən Malenkov və “Avqust qiyamı” zamanı SSRİ prezidenti vəzifəsini icra edən Yanayevi də saymaqla) SSRİ-nin lideri olmuşdur.

Bəs Mixail Qorbaçovun səhvləri nədən ibarət idi? Ekspertlər bu sualın cavabnı Kreml rəhbərliyinin həm xarici, həm də daxili siyasətində axtarırlar. Qeyd edilir ki, 1983-cü ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqan Strateji Müdafiə Təşəbbüsü adlı kosmosda raketdən müdafiə planını həyata keçirməyə başlamışdı. Buna cavab olaraq SSRİ də öz hərbi və kosmik xərclərini artırırdı. Nəticədə ölkə əhalisi ziyan görməli oldu. Məlum ərzaq qıtlığı, bəzi məhsulların talonla satılması və digər faktlar hamının yadındadır. Mixail Qorbaçov bu geriləmələrin qarşısını almaq üçün “İqtisadi inkişafı sürətləndirmək” adı ilə “yenidənqurma” və “aşkarlıq” kimi nağıllarla əhalinin başını qatmağa çalışdı.

Bütün bunların fonunda ölkənin regionlarında da ciddi problemlər yaranırdı. Yəni etnik münaqişələr sovetlərin vəziyyətini, demək olar ki, hər gün gərginləşdirdi. Rusiyalı ekspertlərin fikrincə, Azərbaycan SSR-in tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı “Böyük dağılmanın” başlanğıcı olmuşdu.

Rəsmi materiallarda oxuyuruq ki, 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.

İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun “səhhəti ağır olduğu üçün” onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. “Avqust qiyamı” puç oldu. Bu hadisədən sonra Kommunist Partiyasının fəaliyyətinə son qoyuldu.

SSRİ-nin dağılma prosesini 1991-ci il dekabrın 8-dəki qərarlar sürətləndirdi. Belə ki, həmin gün Rusiya SFSR, Ukrayna SSR və Belarusiya SSR-in rəhbərləri SSRİ-nin parçalanması barədə istəklərini bildirdilər ( bu ölkələr SSRİ-nin yaradılmasını təşkil etmişdilər). 1991-ci il dekabrın 25-də isə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ tarix səhnəsindən silindi.

Xatırladaq ki, bu gün istənilən azərbaycanlının ürəyində Mixail Qorbaçova nifrət və qəzəb hissi var. İnanırıq ki, gələcəkdə də belə olacaq. Çünki 1990-cı il yanvarın 20-də Bakıda törədilən faciənin əsas təşkilatçısı Mixail Qorbaçov olmuşdur. Bakıya qoşun yeridilməsi əmrini o vermişdi. Sonralar “Həyat və islahatlar” kitabında bu hadisəyə münasibət bildirən qatil yazmışdı ki, 1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı: “Bu ağırdır, çox ağırdır… Bu faciəli hadisədən dərs götürdüm…”

Şərqlilər bu qəbildən olan rəzil etirafları eşidəndə deyirlər: “ Bu ifadə “Bağışlayın, sizin övladınızı öldürdüm. Amma yaxşı oğlan idi” deyimindən də iyrənclik və riyakarlıqdır”.

İttifaq MİRZƏBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri