Icma.az
close
up
RU
Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb

Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Lefkoşadakı Prezident Kompleksində keçirilən görüşdə Azərbaycan tərəfindən Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanir Feyziyev, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin bir neçə deputatı iştirak edib.

Görüş iştirakçıları qarşısında çıxış edən Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə bu yaxınlarda keçirilmiş Zirvə Görüşünün nəticələrini yüksək qiymətləndirib. O, həmçinin Zirvə Görüşünə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

O qeyd edib ki, prezident olduğu ilk gündən türk ölkələri ilə sıx dialoqa can atıb.

E.Tatar bütün beynəlxalq platformalarda ŞKTC-nin ədalətli mövqeyini fəal şəkildə dəstəkləyən Türkiyənin siyasətini də yüksək qiymətləndirib.

Öz növbəsində Ə.Əmiraslanov Azərbaycan ilə ŞKTC arasında dostluq əlaqələrinin hərtərəfli inkişaf etdiyini qeyd edərək, oktyabrın 19-na təyin edilmiş ŞKTC-də prezident seçkilərinin uğurla keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şimali Kipr ilə digər ölkələr tərəfindən də parlamentlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri