Icma.az
close
up
RU
26 dekabr: Azərbaycanda matəm günü iş olacaq?

26 dekabr: Azərbaycanda matəm günü iş olacaq?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.

Mətam elan edilməsi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədardır.

Bəs 26 dekabr tarixli matən günü Azərbaycanda iş günüdürmü?

Modern.az saytı sosial şəbəkələrdə və ictimaiyyət arasında yaranmış çoxsaylı sualları nəzərə alara, əmək qanunvericiliyini araşdırıb.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq Azərbaycanda qeyri-iş günləri aşağldakı tarixlərdir:

1, 2 yanvar–Yeni il bayramı;

20 Yanvar–Ümumxalq Hüzn Günü;

8 Mart – Qadınlar Günü;

Beş gün – Novruz bayramı;

İki gün - Ramazan bayramı;

9 May – Faşizm üzərində Qələbə günü;

28 May – Müstəqillik Günü;

İki gün – Qurban bayramı;

15 İyun– Milli Qurtuluş Günü;

26 İyun –Silahlı Qüvvələri Günü;

8 Noyabr – Zəfər Günü;

9 Noyabr – Dövlət Bayrağı Günü;

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Qeyd edək ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü istisna təşkil etməklə digər faciə günləri Azərbaycana iş günü hesab olunur

Belə ki, 26 Fevral tarixi Azərbaycanda rəsmi olaraq Xocalı soyqırımı günü elan edilib. Hər 26 fevral saat 17.00-da Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla anılır.

31 Mart tarixi də dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

27 Sentyabr tarixi isə İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin yad edilməsi üçün Anım günü kimi qeyd olunur.

Yəni, 26 Fevral, 31 Mart və 26 Sentyabr tarixləri hüzn günləri olsa da, Azərbaycanda iş günü sayılır.

Sabah - 26 dekabr tarixli matəm günündə də Azərbaycanda bütün idarə, müəssisə və təşkilatlar işləyəcək. Çünki 26 dekabr tarixinin qeyri-iş günü hesab edilməsi üçün Nazirlər Kabinetinin hər hansı qərarı imzalanmayıb.

Qeyd edək ki, bir sıra qurumlar matəmlə əlaqədar sabahkı iş proqramında bəzi dəyişikliklər edib.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün beşgünlük iş həftəsi üzrə hesablanmış norması tətbiq edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri