Icma.az
close
up
RU
26 il sonra Almaniyadan dönüb elə bir şey etdi ki… Hamı mat qaldı

26 il sonra Almaniyadan dönüb elə bir şey etdi ki… Hamı mat qaldı

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyada 26 il yaşayan və elektrik-elektronika sahəsində çalışan, sonra isə vətəni Elazığa qayıdan Hacı Bayram Züğürt, gördüyü işlərlə hər kəsi heyrətləndirir.

Sherg.az xəbər verir ki, 58 yaşlı Züğürt həyatının 26 ilini Almaniyada keçirmiş, elektrik və elektronika sahəsində çalışmışdır. Türkiyəyə qayıtdıqdan sonra bu sahədən kifayət qədər gəlir əldə edə bilmədiyi üçün velosiped işinə yönəlmişdir.

Təxminən 15 il boyunca velosiped təmiri və satışı ilə məşğul olan Züğürt, xüsusilə qış aylarında boş vaxtlarını maraqlı və unikal velosipedlər dizayn edərək keçirir.

Sınaq məqsədilə hazırladığı yüksək velosibedin gözlədiyindən çox rahat olduğunu fərq edən Züğürt, dizaynlarını inkişaf etdirmişdir. Yüksək velosipedlərin yanında uzanaraq sürülən velosipedlər də hazırlayan Züğürt, həm vətəndaşların, həm də polislərin diqqətini çəkir.

O, izah edir:

"26 il Almaniyada qaldım. Türkiyəyə qayıtdıqdan sonra 15 il boyunca velosiped işi ilə məşğul oldum. Əsas peşəm elektrik və elektronika sahəsidir, amma bu işdən kifayət qədər gəlir əldə edə bilmədiyim üçün velosiped sektoruna yönəldim. Hər gün velosiped işi ilə özümü təmin edirdim. Xüsusilə qış aylarında boş vaxtlarımı yeni dizaynlar üzərində sınaqlar edərək keçirirdim. Bir yüksək velosiped hazırladım və gördüm ki, insanı heç yormur. Saatlarla sürsəm belə problem olmur. Normal velosipedim var, onu sürdükdə yarım saat sonra mütləq istirahət etməli oluram. Bu yeni dizayn isə elə rahatdır ki, sanki adam boyu bir insan çiyinlərimdə gəzir."

Aldığı reaksiyaların həm təəccüb, həm də heyranlıq doğurduğunu deyən Züğürt:

"Velosipedlərin daha yüksək olmasını tövsiyə etmirəm, bu artıq akrobatiklik olar. Bir velosipedimin sistemində üç velosiped zənciri birlikdə işləyir. Zənciri ən yuxarıdan, velosipedin ön hissəsindən götürüb arxa təkərə bir parça kimi bağladım. Sürüş çox rahatdır, arxaya söykənirsən və bu adətən ömrü uzadır."

O əlavə edir:

"Qış aylarını bu cür sınaqlar, istehsal və məşğuliyyətlə keçirirəm. Yolda polis dayanır, “Sür baxaq” deyir, sonra “En, bir də min” deyib yoxlayır. Mən də enib yenidən minirəm. Hamı təəccüblənir. Hətta gülərək “Alt qat kirayəlikmi?” deyən də olur. İnsanlar çox maraq göstərir, qəhvə içənlər belə qalxıb çölə çıxır, velosipedi görmək, tanış olmaq istəyirlər."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri