265 Qarabağ qazisi sağalıb əlillikləri ləğv edilib
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2439 şəxs 91.8 min reabilitasiya vasitəsi ilə təmin edilib. 265 nəfər Vətən müharibəsi iştirakçısı əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar”.
Bu barədə Modern.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib.
O bildirib ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə, 15 reabilitasiya müəssisəsi, 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və 1 “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir.
Bunlardan 7-si Bakı və Sumqayıt şəhərlərində, digərləri müvafiq olaraq Şəki, Şirvan, Xaçmaz, Yevlax, Lənkəran, Naftalan, Qəbələ, Şəmkir və Bərdə şəhərlərində yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Fevral 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















