Icma.az
close
up
RU
27 jurnalist assosiasiyası Trampa “Amerikanın Səsi“ və “Azadlıq Radiosu“nu bağlamamağa çağırıb

27 jurnalist assosiasiyası Trampa “Amerikanın Səsi“ və “Azadlıq Radiosu“nu bağlamamağa çağırıb

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Bu radioların ləğvi mətbuat azadlığına ağır zərbə və dünyanın avtokratik rejimlərinə böyük bir hədiyyə olacaq..."

Dünyanın 27 beynəlxalq jurnalist assosiasiyası ABŞ rəhbərliyinə müraciət edərək, ABŞ-ın Qlobal Medianın İdarə Edilməsi Agentliyini (USAGM) bağlamamağa və bununla da mətbuat azadlığını qorumağa çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Bu agentlik bir sıra media qurumlarına, o cümlədən "Azad Avropa/Azadlıq Radiosu" (RFE/RL), "Azad Asiya Radiosu", "Amerikanın Səsi", "Current Time" televiziya kanalı və digər KİV-lərə nəzarət edir.

Martın 14-də prezident Donald Tramp USAGM-in fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan fərman imzalayıb. Bundan qısa müddət sonra ABŞ Konqresinin təsdiqlədiyi qrantın qüvvəsi dayandırılıb. Bu qrant adıçəkilən media qurumlarının fəaliyyətini maliyyələşdirib.

Jurnalist assosiasiyalarının bəyanatında vurğulanır ki, USAGM-ə daxil olan media qurumlarının bir çox əməkdaşları "son dərəcə repressiv rejimlərdə baş verən hadisələri işıqlandırarkən ciddi şəxsi risklərlə üzləşir".

"Bu təşkilatların ləğvi mətbuat azadlığına ağır zərbə və dünyanın avtokratik rejimlərinə böyük bir hədiyyə olacaq. "Amerikanın Səsi", RFE/RL və digər media orqanlarının jurnalistləri tez-tez sərt senzura altında olan və ya repressiya riski daşıyan ölkələrin hakimiyyət orqanlarının təzyiqi ilə üzləşirlər", - bəyanatda qeyd olunub.

Doğrudan da Rusiya bu KİV-lərin fəaliyyətini qadağan edib. Onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini işıqlandırır və bir çox jurnalistlərinə qarşı cinayət işləri açılıb və yaxud onlara "xarici agent" statusu verilib.

Sənədi imzalayanlar arasında nüfuzlu beynəlxalq jurnalist təşkilatları var, bunlar Pulitser Mərkəzi, Mətbuat Azadlığına Dəstək Fondu, Amerika PEN Mərkəzi, Avropa Jurnalistlər Federasiyası, "Sərhədsiz Reportyorlar", Xarici KİV Müxbirləri Assosiasiyası və "Azad Mətbuat"dır.

"Azad Avropa/Azadlıq Radiosu" USAGM-i məhkəməyə verib və ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasının qarşısını almağa çalışır. Bəzi Avropa ölkələrinin siyasətçiləri Brüsseli "Azad Avropa/Azadlıq Radiosu"nun maliyyələşdirilməsini tam və ya qismən öz üzərinə götürməyə çağırıb.

Gözlənilir ki, bu məsələ Avropa İttifaqının Ümumi Məsələlər Şurasının iclasında müzakirə olunacaq. Lakin qərar qəbul etmək prosesi Avropa İttifaqında olduqca ləng gedir, buna görə də yekun təsdiq aylar və ya illər tələb edə bilər.

"Azad Avropa/Azadlıq Radiosu" 1953-cü ildən- "soyuq müharibə" illərində fəaliyyətə başlayan müstəqil mediakorporasiyadır. SSRİ vətəndaşlarının bu radionu dinləməsinin qarşısını almaq üçün sovet hakimiyyəti xüsusi cihazlarla yayımı zəiflədib.

Həm "Azadlıq Radiosu", həm də "Amerikanın Səsi" rus, Ukrayna, fars və digər dillərdə yayımlanan çoxsaylı redaksiyalara malikdir. Bu günə qədər onlar fəaliyyət göstərdikləri ölkələrdə hökumətyönlü baxışlara alternativ mövqe təqdim etməkdə mühüm rol oynayır.

RFE/RL həm USAGM-i, həm də onun rəsmiləri Keri Leyk və Viktor Moralisi məhkəməyə verib. Məqsəd ABŞ Konqresi tərəfindən təsdiq edilmiş və təşkilatın fəaliyyətini maliyyələşdirən qrantın ləğv edilməsinin qarşısını almaqdır.

Şikayətdə qeyd edilir ki, Konqres tərəfindən ayrılan vəsaitin RFE/RL-ə verilməməsi federal qanunların, o cümlədən ABŞ Konstitusiyasının pozulması deməkdir. Konstitusiya federal xərclərlə bağlı səlahiyyətləri yalnız Konqresə verir.

"İndi Amerikanın rəqiblərinin təbliğatı və senzurası qarşısında geri çəkilmək vaxtı deyil. Biz əminik ki, qanun bizim tərəfimizdədir və dünyanın dəs­potları bizim süqutumuzu vaxtından əvvəl qeyd edirlər", - RFE/RL-in prezidenti Stiven Kapus bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Mart 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri