Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

27 Sentyabr xalqımızın Zəfərə gedən yolda iftixar günü

27 Sentyabr xalqımızın Zəfərə gedən yolda iftixar günü

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

27 sentyabr Azərbaycanın öz doğma torpaqlarını Ermənistanın işğalından azad edilməsi uğrunda başlatdığı haqq mübarizəsinin və Zəfərə gedən yolun sarsılmaz təməli, xalqımızın düşmənə qarşı yumruq kimi birləşərək milli həmrəyliyinin dönüş nöqtəsidir.
Uzun illər Ermənistanın və havadarlarının xalqımıza qarşı düşmənçilik siyasəti amansız faciələrin törədilməsi ilə yadda qalmışdır. Məskunlaşdıqları ərazilərimizdə milli toponimlərimizi dəyişdirərək özününküləşdirməyə çalışan ermənilər ifrat millətçilik üzərində qurulmuş daşnaksutyun siyasəti sayəsində ötən əsrin əvvəllərində azərbaycanlıları öz əzəli torpaqlardan sıxışdırmış, 1948–1956-cı illərdə isə 150 minə yaxın soydaşımızı öz doğma yurdlarından deportasiya etmişdir. Ermənistan 1987-ci ildən sonra daha 300 minə yaxın azərbaycanlını öz tarixi vətənindən didərgin salaraq monoetnik dövlətə çevrilmişdir.
Erməni ideoloqlarının “böyük ermənistan” ideyasını reallaşdırmaq cəhdi və separatçılıq hərəkatının güclənməsi 1988-ci ildə Qarabağda qanlı toqquşmaları şiddətləndirdi və xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdilər. Bu amansız terror Qarabağın kənd və şəhərlərinin dağıdılması, on minlərə günahsız insanın qətlə yetirilməsi, o cümlədən Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində, Xocalıda misli görünməmiş vəhşiliklərin və soyqırımın törədilməsi ilə nəticələndi, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin salındı.
Beynəlxalq ictimaiyyətin bu işğala seyirçi qalması və “ikili standartlar”dan yanaşması, ATƏT-in artıq ləğv olunmuş Minsk qrupunun yartımaz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrinin kağız üzərində qalması işğalın 30 il davam etməsinə səbəb oldu.
Ermənistana qarşı heç bir hüquqi addımın atılmaması İrəvana ərazilərimizdə daim təxribatlar törətməsinə və dinc sakinləri qətlə yetriməsinə rəvac verirdi. Həmin təxribatlara cavab olaraq Azərbaycan Ordusu 2016-cı il aprelində və 2020-ci il iyulunda erməni silahlılarına layiqli cavab verərək hərbi qüdrətini nümayiş etdirdi, Bu, işğalla barışmayacağını daim bəyan edən Azərbaycan Prezidenti və xalqının hərb meydanında qalibiyyəti və gələcək zəfərinin anonsu idi.
Azərbaycan dövləti öz sülhsevər və tolerant siyasətinə sadiq qalaraq torpaqlarının sülh yolu ilə geri qaytarılması üçün uzun illər danışıqlar apararaq qan tökülməsinə qarşı çıxdı. Ancaq yeni ərazi iddiaları ilə çıxış edən Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozması və cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməsi xalqımızın səbir kasasını doldurdu. Hərbi qulluqçularımızın və 11 dinc sakininin, o cümlədən 2 uşağın həlak olması Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təcavüzə son qoymaq məqsədilə dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verməsinə səbəb oldu.
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi. Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti tərəfindən bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində üç rayon – Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan geri qaytarıldı.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində həlak olan hərbçilərin və şəhidlərin xatirəsini uca tutmaq, dərin ehtiramı ifadə etmək məqsədilə sentyabrın 27-si Anım Günü kimi təsis olundu. 2021-ci ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Günündə Bakı şəhərində təşkil edilmiş yürüş Zəfərimizin tarixi əhəmiyyətini nümayiş etdirdi. Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə təsis edilmiş “Zəfər” və “Qarabağ” ordenləri, 15 yeni medal isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinə olan ali qayğısının təcəssümüdür.
2021-ci il aprelin 12-də açılışı olan Hərbi Qənimətlər Parkı Vətən müharibəsi barədə zəngin məlumatları və Zəfəri qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. 2024-cü il noyabrın 8-də Zəfər parkının açılışı, Zəfər Gününü əks etdirən memorial abidənin ucaldılması Qələbəni və xalqımızın sarsılmaz birliyini əks etdirir. Eləcə də 2025-ci ilin noyabrın 8-də Zəfər muzeyinin açılışı Qələbənin rəmzinə çevrilməklə, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımıza ehtiramın simvoludur.
2025-ci il dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışı və parkın girişindən Zəfər tağına doğru 44 pilləkənin salınması, “Zəfər qalereyası” sərgi-nümayiş zalının yaradılması Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və möhtəşəm Qələbəsini əks etdirir.
Azərbaycan xalqı və dünya azərbaycanlıları ərazi bütövlüyümüz uğrunda canından keçmiş Vətən övladlarını Anım Günündə ehtiramla yad edir. Bu əlamətdar tarix xalqımız tərəfindən iftixar və qürur günü kimi minilliklər boyu qeyd olunacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri