Icma.az
close
up
RU
28 aprel: İşğal muzeyi yaradılsın

28 aprel: İşğal muzeyi yaradılsın

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlham Əliyev: “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu - həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi”

(26 avqust 2025. “Əl-Ərəbiyyə” telekanalına müsahibə)

Heydər Əliyev: “Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək xalqın qarşısında ikiüzlü olarıq!”

(30 avqust 1991 - ci il. Azərbaycan Respublikası Ali Sovetinin sessiyası)

Yaxın və uzaq tariximizdə bir sıra qara səhifələr var. Onlardan biri də 1920-ci il aprelin 28-də baş verənlərdir. Keçmiş sovet dönəmində - təxminən 70 il ərzində xalqa bayram kimi sırınan bu tarix, əslində, müstəqilliyimizə vurulan ağır zərbə, məmləkətimizin işğalının növbəti mərhələsi idi. Bundan əvvəl Azərbaycan ərazisində mövcud olmuş kiçik dövlətlər - xanlıqlar Rusiya tərəfindən işğala məruz qalmış və torpaqlarımız bölünmüşdü. İmperiya qüvvələri bununla kifayətlənmədilər və qeyd olunan tarixdə respublikamıza soxularaq 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətini də süquta uğratdılar.

Azərbaycan dövlətçiliyinin bərpası və ikinci Rusiya işğalı

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, əslində, 1828-ci ildə baş tutan Rusiya işğalından sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız dövlətçilik tariximizin bərpası baxımından önəmli deyildi. Yeni respublikanın yaradılması, əslində, xalqımızın milli kimliyinin son dərəcə parlaq təcəssümü idi. Əgər cümhuriyyət yaşasaydı, süqut etməsəydi, daha böyük uğurlara imza atacaqdı. Ancaq  Rusiyanın imperiya xisləti qonşuluqda belə bir müstəqil və müasir dövlətin mövcudluğunu inkar edirdi. Burada AXC-nin süquta uğradılması və Azərbaycanın bütünlüklə işğal altına alınması məqsədilə ssenarilər hazırlanırdı. Həmin bədnam planlar 1920-ci ilin aprel ayında işə salındı...

AXC-nin Rusiya bolşevik qüvvələri tərəfindən süquta uğradılması faktiki olaraq Azərbaycanın Rusiya tərəfindən işğalının yekunlaşması demək idi. Bunu həm müstəqil Azərbaycanın banisi Heydər Əliyev, həm də Prezident İlham Əliyev işğal faktı kimi dəyərəndiriblər. Heydər Əliyev hələ 29 avqust 1991-ci il tarixində Azərbaycan parlamentindəki çıxışında işğal faktının müstəqilliyin bərpası haqqında bəyannaməyə salınmasını təkid etmişdi. Müdrik siyasətçi olan Heydər Əliyev Ali Sovetin sessiyasındakı çıxışında açıq şəkildə bildirmişdi: “Mən  Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub.Əgər biz bunu qeyd etməsək, xalqın qarşısında ikiüzlü olarıq!”

Aradan illər ötəndən sonra Prezident İlham Əliyev də 1920-ci il 28 aprel olaylarını eyni baxış bucağından dəyərləndirib. Dövlətimizin başçısı bu günlərdə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində tariximizə ekskurs edərək vurğulayıb:  “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu - həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi”.

Əlavə şərhə ehtiyac yoxdur. Keçmiş sovet rejimi tarixdə baş verənləri fərqli, saxtakar  bir formada təqdim etsə də, zaman hər şeyi ələyərək öz yerinə qoyub. Baş vermiş işğal xalqımızın dövlətçilik tarixinə ağır zərbələr vurub.

İşğal muzeyinin yaradılmasının zəruriliyi

Muzeylər tarixin güzgüsüdur. Burada toplanan eksponatlar bizi keçmişə aparır, yaddaşımızı təzələyir. Azərbaycanda məhz 1920-ci il 28 aprel istilası ilə bağlı tarixi faktları özündə cəmləşdirəcək işğal muzeyinin yaradılması bu gün zərurət qismində çıxış edir. Həmin məşum tariximiz gələcək nəsillərə aşılanmalıdır. Artıq keçmiş sovet respublikalarının bir çoxunda, o cümlədən Tallində (Estoniya), Riqada (Latviya), Tbilisidə (Gürcüstan) belə muzeylər yaradılıb. Həmin muzeylərin milyonlarla ziyarətçisi qeydə alınıb.

Azərbaycanda da respublika əhəmiyyətli işğal muzeyinin yaradılması üçün zəmin var. Qeyd edək ki, 2019-cu il mayın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı baş tutub. Bu muzeyin 1925-ci ildən keçmiş rejimin əsas repressiya qurumlarının fəaliyyət göstərdiyi binada açılması rəmzi məna daşıyır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Azərbaycanda repressiyanı “qanunlaşdıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərardır. Bu qərara əsasən terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kasasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

MÜBARİZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri