Fransada islamofobiya əleyhinə nümayiş keçirilib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Fransada artan irqçilik və müsəlmanlara qarşı düşmənçilik (İslamofobiya) əleyhinə nümayişlər keçirilib.
Məlumatı “Anadolu” verib.
Müxtəlif həmkarlar ittifaqlarının, assosiasiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə irqçiliyin əleyhdarları Paris, Strasburq, Rube, Stenay, Nanter, La Courneuve və digər şəhərlərdə toplaşıblar. Etirazçılar artan irqçilik və islamofobiyaya etiraz edib, 23 oktyabrda İvelin departamentində baş verən terror hücumunda həlak olan Konqo əsilli fransız Penqo Bossio Vanqanın xatirəsini yad ediblər.
Nümayişlərdə polisin hücumu zamanı yaralanmış biri uşaq olmaqla beş nəfərə dəstək mesajları da yer alıb.
Nümayişçilər əllərində “İrqçilik fikir deyil, həyatı məhv edən bir cinayətdir”, “İrqçilik öldürür” kimi plakatlar tutublar.
Etirazçılar həmçinin irqçi ifadələr yaymaqda ittiham olunan “Cnews” jurnalistinin nümayişdə görünməsinə qarşı qəzəblərini bildiriblər. Onlar “CNews, rədd ol!” və “CNews qatildir”, “Makron cinayətkarla əlbirdir" şüarları səsləndiriblər.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















