Icma.az
close
up
RU
28 yaşında heç kimin düşünmədiyi problemi həll etdi, milyonlarla yatırım aldı

28 yaşında heç kimin düşünmədiyi problemi həll etdi, milyonlarla yatırım aldı

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

28 yaşlı gənc ordunun diqqətdən kənarda qalan problemini həll etmək üçün 30,2 milyon dollar cəlb edib

Ölkə.Az Valyuta.az-a istinadən xəbər verir ki, universiteti yarımçıq qoyan Piter Qoldsboro (Peter Goldsborough) qısa müddətdə Silikon Vadisində tanınan gənc mühəndislərdən birinə çevrilib.

O, cəmi 19 yaşında “Facebook”un süni intellekt araşdırmaları komandasına qoşulub, daha sonra isə müdafiə texnologiyaları şirkəti “Anduril”də baş mühəndis vəzifəsində çalışıb.

Lakin Qoldsboro texnologiya sektorunda çoxlarının diqqət yetirmədiyi bir problemi görüb: orduda logistika sahəsi kifayət qədər inkişaf etməyib. Halbuki qoşunların, texnikanın və silah sistemlərinin yanacaq, su, sursat, ərzaq və ehtiyat hissələri ilə fasiləsiz təmin olunması hərbi əməliyyatların əsas şərtlərindən biridir.

Bu boşluğu aradan qaldırmaq üçün o, 2024-cü ildə “Rune Technologies” şirkətini yaradıb. Hazırda Qoldsboro şirkətin həmtəsisçisi və texniki direktorudur. Startap A seriyası investisiya raundunda 24 milyon dollar cəlb edib. Toxum mərhələsi də daxil olmaqla ümumi investisiya həcmi 30,2 milyon dollara çatıb.

Şirkətin əsas məhsulu “TyrOS” adlı platformadır. Sistem logistika mütəxəssislərinə mövcud ehtiyatları izləməyə, hansı resursların azalacağını əvvəlcədən görməyə və təchizat qərarlarını daha operativ verməyə kömək edir. Platforma həmçinin resursların hara və necə çatdırılacağını planlaşdırır.

“Rune”in texnologiyası artıq ABŞ Ordusunun bir neçə bölməsində pilot layihələr çərçivəsində istifadə olunub. Qoldsboro bildirir ki, məqsəd insanları əvəz etmək deyil, onların qərarvermə imkanlarını gücləndirməkdir.

O, şirkəti qurmağı həm strateji addım, həm də mənəvi məsuliyyət hesab etdiyini deyir. Sahibkarlara tövsiyəsi isə budur: məhsulu fərziyyələrə əsasən deyil, real istifadəçilərin ehtiyaclarını dinləyərək qurmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Aprel 2026 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri