Zəfər Günü Torontoda qeyd edilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 5 noyabr, AZƏRTAC
Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a ölkəmizin Kanadadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir Azərbaycanın Kanadadakı səfirliyi və həmin ölkədə fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Kanada federal və əyalət parlamentlərinin üzvləri, diplomatik korpusun nümayəndələri, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətin təmsilçiləri, eləcə də tələbələr iştirak ediblər.
Tədbir 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Kanadada müvəqqəti işlər vəkili Vüsal Süleymanov çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını, milli qürur və şərəf rəmzi olduğunu vurğulayıb. Diplomat, həmçinin müharibədən sonrakı dövrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş siyasəti barədə iştirakçılara məlumat verib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Torontodakı Azərbaycan Evinin direktoru Lalin Həsənova çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının birliyinin, əzminin və mübarizə ruhunun təcəssümü olduğunu qeyd edib. O, bu tarixi Qələbənin xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri tərəfindən Azərbaycanın milli rəqsləri təqdim olunub.
Baxış sayı:78
Bu xəbər 05 Noyabr 2026 03:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















