Misirdə 2600 illik nəhəng tikili kosmosdan aşkar edildi
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Arxeoloqlar Misirin Nil deltasında torpağın altında qalmış, təxminən 2600 illik nəhəng tikili aşkar ediblər.
Lent.az xəbər verir ki, obyekt adi qazıntılar nəticəsində deyil, peyk radarlarının köməyi ilə müəyyən edilib.
Radar görüntüləri torpağın altındakı qədim tikilinin konturlarını üzə çıxarıb. İlkin məlumatlara görə, strukturun ölçüləri təxminən 128 metr uzunluğunda və 62 metr enindədir.
Alimlər onun qədim Misir yaşayış məskənlərindən biri ilə əlaqəli olduğunu ehtimal edirlər.
Kəşf peyk texnologiyalarının arxeologiyada əhəmiyyətini bir daha göstərir. Bu üsul torpağın altında qalmış və adi peyk şəkillərində görünməyən tarixi obyektlərin tapılmasına imkan verir.
Bu mövzuda digər xəbərlər:Misirdə 1700 illik məzar tapıldı
30 Sentyabr 2026 09:04
Misirdə 3500 illik sirr: Arxeoloqlar üç məzar aşkar etdi
27 May 2025 12:42
Misirdə ikinci bir Sfinks aşkar edilib
30 Mart 2026 14:13
Misirdə bu qərar ləğv edildi
27 Aprel 2026 16:09
Misirdə 4000 illik ailə qəbiristanlığı tapıldı
06 Noyabr 2024 11:55
Baxış sayı:114
Bu xəbər 05 Noyabr 2026 04:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















