Icma.az
close
up
RU
3, 4, hətta 5 dəfə evləndilər Dəfələrlə evlənən Azərbaycanlı məşhurlar

3, 4, hətta 5 dəfə evləndilər Dəfələrlə evlənən Azərbaycanlı məşhurlar

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan şou-biznesində tanınmış simaların şəxsi həyatı, xüsusilə də ailə münasibətləri ictimaiyyətin diqqət mərkəzində olan mövzulardan biridir.

Bəzi məşhurlar ilk evliliklərini uzun illər davam etdirə bilsə də, bəziləri şəxsi həyatlarında bir neçə dəfə ailə qurmaları ilə gündəmə gəliblər. Onların ikinci, üçüncü, hətta daha çox sayda evlilikləri zaman-zaman mediada geniş müzakirə olunub.

AZXEBER.COM dəfələrlə ailə həyatı quran tanınmış simaları təqdim edir.


Hacıbaba Bağırov

Mərhum Xalq artisti Hacıbaba Bağırov çoxsaylı nikahları ilə tanınan sənətçilərdən olub. Aktyorun beş dəfə rəsmi nikahda olduğu bildirilir. O, ilk dəfə hərbi xidmətdə olduğu dövrdə ailə həyatı qurub. Bu evlilikdən Aleksandr adlı oğlu dünyaya gəlib. Bağırovun ikinci həyat yoldaşı Leyla adlı xanım olub. Bu nikahdan Lalə adlı qızı doğulub. Aktyor daha sonra həkim xanımla, dördüncü dəfə isə Tamara adlı xanımla ailə həyatı qurub. Sənətçi sonuncu dəfə özündən 37 yaş kiçik Arzu xanımla evlənib. Bu nikahdan Şölə adlı qızı dünyaya gəlib.

Leyla Şıxlinskaya

Əməkdar artist Leyla Şıxlinskaya da bir neçə dəfə ailə həyatı qurması ilə gündəmə gəlib. Aktrisanın dörd dəfə evləndiyi bildirilir. Şıxlinskaya müsahibələrindən birində beşinci dəfə də ailə həyatı qurmağa hazır olduğunu açıqlayıb. O, sevginin həyatında mühüm yer tutduğunu bildirib.

Flora Kərimova

Xalq artisti Flora Kərimova üç dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı İbrahim Topçubaşov olub. Bu evlilikdən övladı olmayıb. Sənətçinin ikinci nikahından Oqtay adlı oğlu, üçüncü evliliyindən isə Zümrüd adlı qızı dünyaya gəlib. Kərimova üçüncü nikahının rəsmi olmadığını da açıqlayıb. Sənətçi bunun səbəbini xaricə səfərlər zamanı yaranan problemlərlə əlaqələndirib.

Polad Bülbüloğlu

Polad Bülbüloğlu da iki dəfə ailə həyatı qurub. Onun ilk xanımı ukraynalı opera müğənnisi Bela Rudenko olub. İkinci evliliyi isə mədəniyyət naziri vəzifəsində işləyərkən referenti olan Gülnarə Şıxəliyeva ilə baş tutub. Bu evlilikdən Leyla adlı qızı və Murtuza adlı oğlu var.

Nura Suri

Müğənni Nura Suri də üç dəfə ailə həyatı qurub. Sənətçinin "Suri” soyadını ilk həyat yoldaşından götürdüyü bildirilir. Onun ilk ərinin əslən iranlı olduğu barədə məlumatlar yayılıb. Bu evlilikdən bir oğlu dünyaya gəlib. Nura Surinin ikinci evliliyinin cəmi bir ay davam etdiyi qeyd olunur. Müğənninin üçüncü həyat yoldaşı barədə isə geniş məlumat ictimaiyyətə açıqlanmayıb. Sənətçinin üç oğul anası olduğu bildirilir.

Oksana Rəsulova

Rəqqasə və aktrisa Oksana Rəsulova da şəxsi həyatı ilə zaman-zaman gündəmə gəlib. Onun üç dəfə ailə həyatı qurduğu barədə məlumatlar yayılıb. Oksananın ikinci həyat yoldaşı reper Elşad Xose olub. Cütlüyün evliliyi qalmaqallı şəkildə başa çatıb və onların bu nikahdan övladı olmayıb. Oksananın aparıcı Şəhriyar Əbilovla da münasibəti olub. Bu münasibətdən Osman adlı oğlu dünyaya gəlib.

Rəvan Qarayev

Müğənni Rəvan Qarayev üç dəfə nikah masasına əyləşib. Sənətçi əvvəlki iki evliliyinin uğursuz başa çatdığını açıqlayıb. Onun hər iki nikahından bir qız övladının olduğu barədə məlumatlar yayılıb. Qarayev daha sonra üçüncü dəfə ailə həyatı qurub. Müğənni bu dəfə həkim-nevroloq Sabina Nurəliyeva ilə evlənib. O, toy mərasimindən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Rüstəm Zeynallı

"Şeron” qrupunun üzvü Rüstəm Zeynallı da üç dəfə ailə həyatı quran sənətçilərdəndir. Müğənninin ilk evliliyindən iki övladı dünyaya gəlib. O, ikinci dəfə Xalq artisti Aftandil İsrafilovun qızı Həcər xanımla ailə həyatı qurub. Bu nikah uzunömürlü olmayıb və cütlük ayrılıb. Daha sonra Rüstəm Zeynallının üçüncü dəfə ailə həyatı qurduğu barədə məlumat yayılıb.

Niyaməddin Musayev

Xalq artisti Niyaməddin Musayev də bir neçə dəfə ailə həyatı quran sənətçilər sırasında göstərilir.

Cavan Zeynallı

Caz ifaçısı Cavan Zeynallı iki dəfə ailə həyatı qurub. Sənətçi ilk dəfə Moskvada evlənib. Bu nikahdan Nataşa adlı qızı dünyaya gəlib. Zeynallı 1996-cı ildə ikinci dəfə ailə həyatı qurub.

Namiq Qaraçuxurlu

Meyxanaçı Namiq Qaraçuxurlu da iki dəfə ailə həyatı qurub. O, 2001-ci ildə Solmaz adlı xanımla evlənib. Cütlük 2005-ci ildə boşanıb. Sənətçi 2015-ci ildə ikinci dəfə ailə həyatı qurub. Bu evlilikdən bir qız övladının olduğu bildirilir.

Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən Günel adlı qızı var. Hacı Ramil ilə münasibətindən isə Əli adlı oğlu dünyaya gəlib.

Amina Şirin

Müğənni Amina Şirin də iki dəfə ailə həyatı qurması ilə bağlı xəbərlərlə gündəmə gəlib.

Elçin Məmmədov

Aktyor Elçin Məmmədov da üçüncü dəfə evlənməsi ilə gündəmə gəlib. Məmmədov bundan əvvəl aparıcı Könül Muxtarova ilə ailəli olub.

Cövdət Şükürov

Aktyor Cövdət Şükürov da üçüncü dəfə ailə həyatı qurması ilə bağlı xəbərlərlə gündəmə gəlib.

Anar Cəlilov

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun da üç dəfə ailə həyatı qurduğu barədə məlumatlar yayılıb.

Aysun İsmayılova

Müğənni Aysun İsmayılova da iki dəfə ailə həyatı qurması ilə bağlı xəbərlərlə gündəmə gəlib.

Kazım Can

Müğənni Kazım Canın da ikinci dəfə ailə həyatı qurduğu barədə məlumat yayılıb. Sənətçi bundan əvvəl müğənni Əminə Şirinqızı ilə evli olub.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Avqust 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri