Icma.az
close
up
RU
3, 7 və 40 mərasimləri islamda günah hesab olunur? XƏBƏRDARLIQ

3, 7 və 40 mərasimləri islamda günah hesab olunur? XƏBƏRDARLIQ

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Dinşünas Rafiq Əliyevin yas mərasimi ilə bağlı açıqlaması diqqət çəkib. O bildirib ki, Məhəmməd Peyğəmbərin dövründə 3, 7 və 40 mərasimləri olmayıb, bu adətlər sonradan, xüsusilə sovet dövründə cəmiyyətimizdə formalaşıb. R.Əliyevin sözlərinə görə, İmam Hüseynə yas saxlanılması ənənəsi zamanla cəmiyyətə də keçib və nəticədə biri vəfat etdikdə 3, 7, 40 mərasimləri keçirilməyə başlanıb.

Bəs doğrudanmı islam dinində 3, 7 və 40 mərasimlərinin keçirilməsinin əsası yoxdur?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev islam dininə görə, müsəlman dünyasını dəyişdikdə onunla bağlı yerinə yetirilməli əsas şəri vəzifələr sırasında cənazənin qüsl edilməsi, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn edilməsi dayanır deyib.

“Bununla yanaşı, dünyasını dəyişən şəxsin yaxınlarına başsağlığı vermək, onların dərdinə şərik olmaq, təsəlli vermək və həmin ağır günlərdə onları tək qoymamaq dinimizin tövsiyə etdiyi əməllərdəndir. Yas və hüzn günləri dedikdə məsələni yalnız süfrə açmaq, yeyib-içmək və məclis təşkil etməklə məhdudlaşdırmaq doğru deyil. Əsas məqsəd müsibətə düçar olmuş ailənin yanında üç gün olmaq, onların mənəvi yükünü azaltmaq, mərhum üçün Quran oxumaq, dua etmək və Allahdan ona rəhmət və bağışlanma diləməkdir”, - o bildirib.

İlahiyyatçı deyib ki, islamın ilk dövrlərində də müsibət baş vermiş ailənin yükünü azaltmağa xüsusi diqqət yetirilirdi:

“Allah Rəsulunun (s) zamanında bir ailə yaxınını itirdikdə, digər müsəlmanlar onların yanında olar, təsəlli verər və yas sahibinin yemək hazırlamaq qayğısına düşməməsi üçün onlara yemək hazırlayıb gətirərdilər. Bunun ən məşhur nümunələrindən biri Cəfər ibn Əbu Talibin (ə) şəhadəti zamanı Peyğəmbərin (s) onun ailəsi üçün yemək hazırlanmasını buyurmasıdır. Təəssüf ki, zaman keçdikcə bəzi yerlərdə bu anlayışın mahiyyəti dəyişib, yas sahibi təsəlli edilməli olduğu halda, böyük məclislər və ağır maddi xərclər qarşısında qalır”.

Mərhumun 7, 40 və il mərasimlərinin keçirilməsinə gəlincə isə, R.Qarayevin sözlərinə görə, bu, öz-özlüyündə vacib şəri hökm hesab edilmir:

“Bununla belə, belə günlərdə insanlar bir araya gələrək Quran oxuyur, dua edir, sədəqə verir və mərhumu xeyirlə yad edirlərsə, bu əməllər öz mahiyyətinə görə dinin qadağan etdiyi əməllər deyil. Burada mühüm olan israfa yol verməməkdir.

İslam mənbələrində bəzi rəqəmlərin, o cümlədən 40 rəqəminin müxtəlif hadisələrdə xüsusi şəkildə qarşımıza çıxır. Qurani-Kərimdə Musa peyğəmbərin (ə) Rəbbi ilə müəyyən edilmiş müddəti qırx gecə ilə tamamlanır: “Musa ilə otuz gecə vədələşdik və onu daha on gecə ilə tamamladıq…” (Əraf surəsi, 7:142)

Başqa bir ayədə isə insanın qırx yaşına çatması həyatın mühüm mərhələlərindən biri kimi qeyd edilir (Əhqaf surəsi, 46:15).

Cəfəri ənənəsində 40 rəqəminin ən məşhur nümunələrindən biri Ərbəindir. İmam Hüseynin (ə) şəhadətindən qırx gün sonraya təsadüf edən Ərbəin günü və onun ziyarəti şiə dini ənənəsində xüsusi əhəmiyyət daşıyır. Lakin bütün bunlardan hər bir mərhum üçün qırxıncı gün xüsusi mərasim keçirməyin vacib olduğu nəticəsi çıxarılmamalıdır.”.

İlahiyyatçı əlavə edib ki, dünyadan köçən əzizlərimizi istənilən vaxt xeyirlə yad edə, onlar üçün Quran oxuya, dua edə, sədəqə verə və Allahdan rəhmət diləyə bilərik:

“Əgər 7-ci, 40-cı gün və ya ildönümü insanların mərhumu xatırlamasına, onun üçün dua etməsinə və yaxınlarının bir araya gəlməsinə vasitə olursa, bunu şəriətin vacib hökmü kimi təqdim etmədən və israfa yol vermədən həyata keçirmək olar”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri