Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

3 məsləkdaşın bir tarixi görüşü

3 məsləkdaşın bir tarixi görüşü

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük maarifçi, ilk milli mətbuat orqanımız olan "Əkinçi" qəzetinin təsisçisi Həsən bəy Zərdabinin, "İşdə, əməldə, fikirdə birlik” düsturunun müəllifi – Baxçasaraylı Krım tatarı, maarifçi, publisist, naşir və jurnalist İsmayıl bəy Qaspıralının, eləcə də hüquqşünas-vəkil, görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun milli düşüncə ilə bağlı ruh və ideya vəhdəti, tale bənzərliyi olub. Onların birlikdə görüntüləndiyi bu nadir fotoşəkil 1903-cü ildə (ötən əsrin əvvəlində) Bakıda çəkilib.

Vaxtilə Ziya Göyalp “Rusiyada yaşayan böyük türkçü” sandığı İsmayıl bəyin fəaliyyətini önə çəkirdisə, o da öz növbəsində böyük türk Həsən bəyi özünün ideya rəhbəri sayırdı. Hər ikisi cəmiyyətin tərəqqisini savadlanmaqda, ana dilində dünyəvi təhsil almaqda görürdü. İsmayıl bəy Qaspıralı məşhur “Tərcüman” qəzetini (Krım, Baxçasaray) nəşr etməyə başlayanda Zərdabinin “Əkinçi”sinin təcrübəsindən geniş bəhrələnmişdi. Özü bu barədə belə demişdi: “Əkinçi”nin səpdiyi toxumdan bir dənəsi Krıma düşdü və “Tərcüman” göyərdi”.

Əlimərdan bəy isə Həsən bəy Zərdabidən başlayan “İttihadi-İslam” uğrunda mübarizənin yetişdirdiyi milli düşüncə adamlarından biri idi. O, həm də Zərdabinin kürəkəni, qızı Pəri xanımın həyat yoldaşı idi. Yeri gəlmişkən, Qaspıralı isə gəncəli ictimai-siyasi xadim Yusif bəy Nəsibbəylinin qayınatası idi. Onun qızı Şəfiqə ilə evlənmişdi. Fotonun tarixini 1903-cü ildən götürsək, həmin vaxt Zərdabi 66, Qaspıralı 52, Topçubaşov 41 yaşında olub.

XIX əsrin sonları–XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında milli oyanış güclənən zaman Əlimərdan bəy bu prosesin ən önəmli simalarından birinə çevrilmişdi. O, təkcə vəkil deyil, ictimai lider, publisist, mədəniyyət xadimi kimi də tanınırdı. Bakı Şəhər İdarəsinin rəisi idi. 16 ildən sonra Topçubaşov AXC parlamentinin sədri olacaqdı.

Dostların həm həyatda, həm də vəfat edəndən sonra tale oxşarlıqları olub. 1907-də vəfat edən Zərdabi köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub, 1937-ci ildə həmin ərazi dağıdılıb, ailəsi mərhumun sümüklərini bir neçə il evdə saxlamalı olub. Nəhayət, 1957-ci ildə vəfatının 50 illiyi qeyd edilərkən onun sümükləri Fəxri xiyabanda torpağa tapşırılıb. Qaspıralı 1914-cü ildə dünyasını dəyişib, 1944-də Krım tatarlarının deportasiyası zamanı onun məzarı dağıdılıb. 90-cı illərdə geri qayıdışdan sonra ehtimal edilən məzar yerində xatirə daşı qoyulub. Topçubaşov isə 1934-cü ildə Fransada mühacirətdə vəfat edib və Parisin Sen-Klu məzarlığında dəfn edilib...

Üç aydının bir masa arxasında əyləşib çəkildiyi nadir foto Məcid Rəşadətoğlunun arxivindən götürülərək paylanıb. Bəlli olub ki, sovet dövründə bu şəkil dərc ediləndə, necə deyərlər, qayçıya tuş gəlib. O zaman Əlimərdan bəy “burjuaziya xadimi” və mühacirət lideri sayıldığı üçün onun irsi qadağan edilmişdi. Bu səbəbdən də sovet mətbuatında həmin foto yayımlanarkən Topçubaşova aid hissə kəsilərək çıxarılıb. Yalnız müstəqillik dövründə araşdırmaçılar şəklin orijinal versiyasını tam olaraq yenidən ictimaiyyətə təqdim ediblər.

Bu üç şəxsiyyətin dostluğu, sadəcə, ziyalı yaxınlığı deyil, bütün Türk-İslam dünyasını cəhalətdən qurtarmaq məqsədi daşıyan böyük bir məfkurə birliyi idi. Qaspıralı Zərdabini özünün ustadı və bütün Rusiya müsəlmanlarının atası hesab edirdi. Əlimərdan bəy Topçubaşov hökumətdə vəzifə tutmaqla bərabər, Bakıda rus dilində çıxan və Azərbaycanda maarifçilik ideyalarının, milli mənafelərin müdafiəçisinə çevrilən “Kaspi” qəzetinə redaktorluq edirdi. Həm Zərdabi, həm də Qaspıralı bu qəzet vasitəsilə öz fikirlərini imperiya miqyasında daha geniş auditoriyaya çatdırırdılar.

Bəlkə də tarixi foto çəkilən vaxt onlar qəzet üçün hazırladıqları növbəti məqalələri müzakirə edirdilər.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri