Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Bakıda korrupsiya ilə bağlı sənəd imzalandı

Bakıda korrupsiya ilə bağlı sənəd imzalandı

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Cari il oktyabrın 27–28-də Bakı şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib.

Modern.az xəbər verir ki,  tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (NAZAHA) birgə təşkilatçılığı ilə “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi: Qlobal Təşəbbüs çərçivəsində əldə olunan irəliləyişlər və milli perspektiv” mövzusunda xüsusi sessiya təşkil olunub.

Sessiyada korrupsiyanın ölçülməsi sahəsində mövcud beynəlxalq təcrübə, milli qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də antikorrupsiya siyasətinin nəticələrinin obyektiv meyarlar əsasında müəyyən edilməsi məsələləri müzakirə olunub.

İclasda Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun  “Nazaha”, BMT-nin İnkişaf Proqramının (UNDP), Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA), GlobE Şəbəkəsinin və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri çıxış ediblər.

Baş Prokurorluğun nümayəndələri çıxış zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyətinin mütəmadi təhlili, statistik məlumatların və cinayət işlərinin araşdırılması əsasında korrupsiyanı doğuran səbəb və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların verilməsi, habelə antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə mövcud təcrübə barədə məlumat veriblər. Eyni zamanda, 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planının icrası, 2027-2029-cu illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması və korrupsiya risklərinin qiymətləndirilməsi üzrə milli çərçivənin formalaşdırılması istiqamətində görülən işlərə toxunublar.

Bundan başqa, çıxışlarda korrupsiya göstəricilərinin dövlətlərin beynəlxalq nüfuzuna və iqtisadi maraqlarına təsiri nəzərə çatdırılaraq, bu sahədə qiymətləndirmələrin yalnız ictimai qavrayış və rəylərə deyil, etibarlı milli statistikaya, faktiki məlumatlara və elmi əsaslandırılmış metodologiyalara söykənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, korrupsiyanın ölçülməsinin yalnız mövcud vəziyyətin müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı, həyata keçirilən antikorrupsiya tədbirlərinin real nəticələrinin və institusional dəyişikliklərin qiymətləndirilməsinə xidmət etməli olduğu bildirilib.

Müzakirələrin yekunu olaraq İƏT üzv dövlətləri üçün korrupsiyanın ölçülməsi və antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə tövsiyələr hazırlanıb.

Sənəd üzv dövlətlərdə bu sahədə vahid yanaşmaların formalaşdırılmasını, milli qiymətləndirmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını, müvafiq dövlət qurumlarının institusional və analitik imkanlarının gücləndirilməsini, habelə rəqəmsal həllərin tətbiqini təşviq edir.

Bununla yanaşı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və digər müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi, İƏT üzv dövlətlərinin beynəlxalq ekspert şəbəkələrində təmsilçiliyinin təşviqi və aidiyyəti beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi nəzərdə tutulur.

Hazırlanmış tövsiyələr korrupsiyaya qarşı mübarizədə sübutlara əsaslanan qərarların qəbul edilməsinə, milli səviyyədə institusional potensialın inkişafına və İƏT çərçivəsində bu sahədə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri