Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

3 ölkə Zəngəzurla bağlı “payalma cəhdlərinə” başladı

3 ölkə Zəngəzurla bağlı “payalma cəhdlərinə” başladı

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Zəngəzur dəhlizi Vaşinqtonda “Tramp yolu” (TRİPP) olaraq razılaşdırılsa da, layihənin praktiki icrası zaman alacaq və bu müddətdə müdaxilələrin, maraqlı tərəflərin pay almaq cəhdlərinin olacağı bəllidir. Burada üç əsas maraqlı tərəf var: İran, Rusiya və Çin.

Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil.

Birincisi, Tehran regional müstəvidə ən çox itirən tərəfdir;

İkincisi, İran siyasi elitasında TRİPP layihəsi ilə bağlı ciddi fikir ayrılığı var və mühafizəkarların ritorikasındakı sərtlik həm də Pezeşkian qanadını “susdurmağa” yönəlib;

İranın prosesdə itirən tərəf olması qaçılmaz görünür:

- Cənubi Qafqaza girişi böyük ölçüdə bağlanan İranın regional oyunçu kimi hərəkət traektoriyası məhdudlaşır;

- Azərbaycanla əldə olunan “Araz dəhlizi” prioritet olmaqdan çıxır: Bakı qonşuluq münasibətlərinə və “alternativ yol”un saxlanılmasına görə bu dəhlizin işləməsinə qarşı deyil, Əliyev də “Əl-Ərəbiyyə”yə müsahibəsində bununla bağlı müsbət mesajlar verdi, lakin hər şey Tehranın münasibətindən asılı olacaq;

- İranın rentabelli olmasa da, regional siyasətdə alternativ kimi təqdim etdiyi və Avropa bazarına müstəqil çıxış kimi gördüyü Fars körfəzi-Qara dəniz marşrutu aktuallığını itirir: bundan sonra Tehranın bu marşrut xəttində Bakıdan asılılığı daha çox gücləndi, Əliyev yenə həmin müsahibəsində Fars körfəzinə çıxışın Zəngəzurdan keçdiyini xüsusilə vurğulayırdı;

- Və ən əsası Tehranın “qırmızı xətti”nin qarşısında artıq Azərbaycan yox, 12 günlük müharibədə İranı bombalayan Tramp Administrasiyası var;

İranın yeganə çıxış yolu kimi proseslərə müdaxilə cəhdlərindən əl çəkmək və regional əməkdaşlıq müstəvisində hərəkət etmək görünür. Tehranda bunu anlayanlar var, Prezident Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı dedikləri bunun təsdiqidir. Onun “məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib” sözləri isə İran daxilində Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya “od püskürən” mühafizəkar qanada ünvanlanıb. Pezeşkian reallığı qəbul etmək və mövcud vəziyyətə adekvat davranmaq siyasətini təklif edir, lakin mühafizəkarların mövqeyi - Xameneinin müşavirləri və SEPAH rəsmiləri - fərqli və sərtdir.

Hərçənd İranın oyunu dəyişdirmək potensialı görünmür. Tehran iki istiqamətdə hərəkət edə bilər:

1. Ermənistanla münasibətləri sıxlaşdırmağa, bölgədə maraqlarını İrəvan üzərindən təmin etməyə və sərhədlərində mövqelənən ABŞ təhlükəsini minimuma endirməyə çalışacaq;

2. Rusiyanın onunla eyni cəbhədə birləşməsinə, dəhlizə qarşı birlikdə hərəkət etməsinə nail olmağa çalışacaq.

Hazırda birinci xətti Pezeşkian qanadı, ikincini isə mühafizəkarlar izləyir və bu, həm də hər iki tərəfin və onların izlədiyi siyasətin Xameneinin nəzarətində olduğu deməkdir.

Rusiya ritorik müstəvidə İranla analoji mövqe sərgiləsə də, Tehrandan fərqli olaraq, təsir rıçaqlarını hələ tam itirməyib. Moskvanın “ümidləri” qalır:

- Ermənistanda 102-ci baza da daxil olmaqla qalan təsir imkanları ilə regional oyunda mövcudluğunu saxlaya biləcəklərini düşünürlər: İran və Türkiyə sərhədində hələ də rus hərbçiləri qalır;

- ABŞ-ın Ermənistana (Cənubi Qafqaza) gəlişi qarşılığında Ukrayna masasında güzəşt/“barter” əldə etmək imkanını dəyərləndirirlər;

- Moskva regional kommunikasiyaların birləşəcəyi kontinental dəhlizlərlə (Şimal-Cənub nəqliyyat layihəsi) birləşməsi imkanlarını xeyrinə çevirməyi də nəzərdən keçirir.

Bu kontekstdə Rusiyanın Zəngəzur dəhlizinə qarşı iki həmləsi gözləniləndir:

1. Ermənistanda və regional tranzit xətlərindəki təsir imkanlarından istifadə etməklə mövqelərini qorumağa çalışacaq;

2. ABŞ-ın Zəngəzur dəhlizi üzərindən Orta dəhlizdə mövqelənməsi və Çinə qarşı əlini gücləndirməsi amilindən siyasi bazarlıq - həm regional kommunikasiyadan pay almaq, həm də Ukrayna məsələsində güzəşt üçün istifadə edə bilər: bu detalın Alyaska görüşündə müzakirə edildiyi istisna edilməməlidir.

Çin Vaşinqton razılaşmasına səssiz münasibət sərgiləsə də, TRİPP layihəsinin ABŞ-ın Orta dəhlizdə - “Bir kəmər, bir yol” üzərində mövqe qazanmaq gedişi olduğunu Pekində anlayırlar. Eyni planın icrasına Bayden də çalışırdı: Ceyms Obrayenin Bakı və İrəvana gətirdiyi layihə Mərkəzi Asiyadan Avropaya uzanan marşruta nəzarət etmək və Çini uzaqlaşdırmağı nəzərdə tutsa da, keçmiş administrasiyanın Ermənistanı dəstəkləməklə “yanlış ata” oynaması nəticə əldə etmələrinə imkan vermədi; Trampın uğur əldə etməsinin əsas səbəbi isə Bakı ilə mövqelərini yaxınlaşdırması oldu.

ABŞ-ın Orta dəhlizdə mövqelənməsi Çin üçün arzuolunmaz olsa da, birbaşa müdaxilədən çəkinəcək, lakin Pekinin ehtiyatlı əks-həmlələrini görə bilərik:

Birincisi, Mərkəzi Asiyada ABŞ-ın güclənməsinə qarşı gedişlər edə, Cənubi Qafqazda itirdiklərini Orta dəhlizin “birinci habı”nda qorumağa çalışa bilər;

İkincisi, Azərbaycan və Ermənistanla iqtisadi-siyasi əməkdaşlığı dərinləşdirməklə ABŞ qarşısında əlini gücləndirmək gedişi edə bilər;

Üçüncüsü, Zəngəzur dəhlizinin tranzit imkanlarının zəifləməsi, ən azı bölünməsinə zəmin yaradacağını hesab etdiyi Gürcüstanda mövqelərini gücləndirmək xəttini izləyə bilər.

Maraqlar Zəngəzur dəhlizində geosiyasi toqquşma riskləri yaradır, lakin Vaşinqton anlaşmasından kənarda qalan oyunçuların prosesə müdaxilə imkanlarının güclü olmadığı da ortadadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri