3 ölkənin məxfi danışıqları: Rusiyanın vurulması qərarı buna görə verildi DETALLAR
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir”.
Bu fikirləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, London və Paris Vaşinqtonun bu məsələ ilə bağlı qərarını gözləyirdilər:
“Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydendən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı. Vitse-prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirilməsi icazəsini o verməli olacaqdı. Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden prezident seçilən Donald Trampa son “pisliyini” etdi. Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb. O, yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı.
Elxan Şahinoğlu
Andiçmə mərasiminə iki ay var, Ukrayna bu müddətdə Baydendən aldığı icazə müqabilində Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək. Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu, Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə ABŞ-da Trampa qarşı ittihamlar artacaq. Vəzifəsini təhvil verməyə hazırlaşan Co Baydenə və Demokratlar Partiyasına da elə bu lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















