Icma.az
close
up
RU
3 qardaş ölkənin “yaşıl enerji” dəhlizi

3 qardaş ölkənin “yaşıl enerji” dəhlizi

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan, Qazaxıstan və Özbəkistanın əsasını qoyduğu yeni layihə Şərq-Qərb “yaşıl dəhlizi”ni formalaşdıracaq

Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i təsdiq edib. Xatırladaq ki, 2024-cü il noyabrın 13-də Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı iqtisadi sahədə əməkdaşlığın daha da artırılması, bərpaolunan enerji üzrə birgə layihələrin həyata keçirilməsinə dair aparılan danışıqların nəticəsi olaraq strateji tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanın dövlət başçısının sazişi təsdiqləməsindən sonra 3 qardaş ölkənin yeni enerji layihəsi hüquqi-iqtisadi baxımdan həlledici mərhələyə qədəm qoymuş olacaq.

Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji gücü

Azərbaycan, Qazaxıstan və Özbəkistanın əsasını qoyduğu bu layihə Şərq-Qərb “yaşıl enerji” dəhlizinin formalaşdırılması deməkdir. Layihə Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqlini nəzərdə tutur. Bu layihə beynəlxalq əhəmiyyətli enerji tranziti olmaqla, Mərkəzi Asiya-Azərbaycan-Avropa İttifaqı enerji formatının reallaşmasını təmin edəcək. 

Hər 3 ölkə əhəmiyyətli həcmlərdə “yaşıl enerji” resurslarına malikdir və sözügedən dəhlizin təchizatçı kimi məsuliyyəti də onların üzərinə düşür. “Yaşıl enerji” karbon neytrallığını prioritet istiqamət kimi müəyyənləşdirmiş Qazaxıstan hazırda öz enerji infrastrukturunu bərpaolunan mənbələr üzərində inkişaf etdirməkdədir. Ölkədə ümumi gücü 43 giqavat olan “yaşıl layihələr”in həyata keçirilməsi istiqamətində bütün imkanlar səfərbər edilib və xarici şirkətlərlə razılaşmalar əldə olunub. Bu baxımdan Qazaxıstanın güclü bərpaolunan enerji potensialı “yaşıl kabel”in təminatında mühüm rol oynayacaq.

Özbəkistanın da alternativ enerji resursları kifayət qədər güclüdür və xarici investorlarla aparılan qiymətləndirmələr günəş və külək stansiyalarının potensiallarının hədsiz ümidverici olmasından xəbər verir. Özbəkistan 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırır. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti neçə müddətdir ki, bu ehtiyatların istehsalı və emalı üçün böyük bir layihə icra edir. Nəticədə, bu ölkənin enerji  gücü də Şərq-Qərb yaşıl dəhlizinin dayanıqlılığında mühüm əhəmiyyət kəsb edəcək.

Azərbaycanın “yaşıl enerji” potensialı

Azərbaycanın nəzərdə tutulan “yaşıl enerji”ni nəql etməsi üçün potensialları ümidvericidir. Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 17-18 faiz təşkil edir. Bu da 1278 MVt elektrik enerjisi deməkdir. Qiymətləndirmələrə görə, ölkəmizin bərpaolunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bütün bu ehtiyatlar təsdiqləyir ki, ölkəmizin “yaşıl enerji” dəhlizində əsas tədarükçülərdən biri olmaq üçün böyük imkanları mövcudur.

Azərbaycan “yaşıl enerji” ilə bağlı potensialının hərəkətə gətirilməsi istiqamətində çoxşaxəli əməkdaşlıq koalisiyası qurub, bir neçə nüfuzlu xarici və beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumu imzalayıb. Həmin sazişlərin bir neçəsi icra olunur və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan günəş və külək enerjisi stansiyalarından ən azı 1-2 QVt həcmində enerji istehsalı gözlənilir. Yaxın 4 ildə Azərbaycan bu gücü ən azı 2 dəfə artırmağı hədəfləyir və bu istiqamətdə xarici investorlarla birgə əsası qoyulmuş bərpaolunan enerji üzrə layihələr əsaslı rol oynayacaq.

Beləliklə, 3 qardaş ölkənin üçtərəfli əməkdaşlıq formatı enerji sistemlərinin inteqrasiyası və ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı körpü rolunu oynayacaq. Bu saziş, həmçinin bu türk ölkələrinin iqtisadiyyatını da Orta Dəhlizdə birləşdirəcək.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri