3 qat Azərbaycan çempionu: Hamımız gücümüzə bələd idik İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"Final döyüşüm çox çətin keçdi. Çox sevinirəm ki, 3-cü dəfə Azərbaycan çempionu oldum".
İdman.biz xəbər verir ki, bunu 66 kq çəki dərəcəsində cüdo üzrə Azərbaycan çempionatının qalibi Rəşad Yelkiyev deyib.
Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına müsahibə verən Rəşad yarışdakı rəqiblərini yaxşı tanıdığını bildirib: "Rəqiblər bir-birindən güclü idi. Çünki hamımız gücümüzə bələd idik. Finaldakı rəqibim yığmadakı məşq yoldaşımdr. Biz birlikdə yarışlara yollanırıq. O və ya mən qalib gəldim, böyük fərq etmir. Elşən Əsədov mənim üçün çempiondur, ona görə də, döyüş bitdikdən sonra onun əlini yuxarı qaldırdım. Qarşıda məni daha güclü yarışlar gözləyir. Böyük Dəbilqə, Qran-pri, İslam Oyunları və Avropa çempionatları kimi yarışlar var və orada medallar qazanmaq arzusundayam".
Qeyd edək ki, bu gün start götürən Azərbaycan çempionatında Rəşad bütün rəqiblərinə qalib gələrək, karyerası ərzində 3-cü dəfə ölkənin ən güclü cüdoçusu olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 29 Noyabr 2024 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















