3 saylı Xətai rayon seçki dairəsinin 30 saylı məntəqənsinin sədri: İnsanlar səslərinin vacibliyini anlayırlar
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
33 saylı Xətai rayon seçki dairəsinin 30 saylı məntəqənsində bələdiyyə seçkiləri başlayan saatdan etibarən seçici fəallığı müşahidə olunur.
Bunu "Report"a açıqlamasında məntəqənin sədri Naibə Məhərrəmova deyib.
Onun sözlərinə görə, insanlar səslərinin vacibliyini anlayırlar:" Ona görə də məntəqələrə gəlib, səslərini verirlər".
O vurğulayıb ki, indiyədək heç bir pozuntu halı qeydə alınmayıb.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















