Deputat Pərvanə Vəliyeva və Xətai rayon İcra Hakimiyyətinin nümayədələri 3 saylı uşaq evində olublar
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xətai rayon İcra Hakimiyyətinin nümayədələri və Milli Məclisin deputatı Pərvanə Vəliyeva Novruz bayramı ərəfəsində 3 saylı uşaq evində olublar.

Newscenter.az-ın xəbərinə görə, çıxışlarda qeyd olunub ki, milli birlik, həmrəylik, bolluq, bərəkət bayramı olan Novruz insanlarda xoş ovqat və yüksək əhval-ruhiyyə yaradır. Bu gün Novruz sevincimizə sevinc qatan digər mühüm amil 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizdir. Tarixi Zəfərimizin yaratdığı sevinc keçirilən tədbirlərin miqyasında da özünü aydın şəkildə ifadə edir. Birliyimizi, həmrəyliyimizi özündə təcəssüm etdirən Novruz bayramında uşaqlarla, ahıllarla bir arada olmaq, onların qayğıları ilə maraqlanmaq, sevincimizi bir yerdə paylaşmaq hər birimizi qürurlandırır. Çünki milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə uyğun olaraq uşaqlara, böyüklərə diqqət və qayğı hər birimizin vətəndaşlıq borcumuzdur.
Daha sonra körpələr evinin sakinlərinin hazırladıqları müsiqilər, şeirlər, bir-birindən gözəl rəqs ifaları nümayiş olunub.
Sonda balacalar üçün bayram süfrəsi açılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Deputat Pərvanə Vəliyeva seçicilərlə görüşüb
11 Yanvar 2025 17:57
Deputat Pərvanə Vəliyeva Qazaxıstana gedir
30 Sentyabr 2025 21:36
Deputat Pərvanə Vəliyeva Malayziyaya gedir
29 Oktyabr 2025 08:54
Deputat Pərvanə Vəliyeva Xətai rayonunda növbəti vətəndaş qəbulu keçirib
15 Mart 2025 17:35
Deputat Pərvanə Vəliyeva vətəndaş qəbulu keçirəcək
29 Mart 2025 13:55
Baxış sayı:123
Bu xəbər 19 Mart 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















