Icma.az
close
up
RU
3:0 hesabını unutmalıyıq Qurban Qurbanov

3:0 hesabını unutmalıyıq Qurban Qurbanov

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Rəqib bu stadionda oynamaq bizim üçün gərginlik yarada bilərdi. 3:0 hesablı qələbə qazansaq da, bu, o demək deyil ki, onlardan çox üstün idik. Cavab oyununa hazırlaşmağımız vacib olacaq. 3:0 hesabını unutmalı və Bakıdakı matçda daha ciddi olmağımız lazımdı. Azsaylı azarkeşlərimiz var idi, onların hər birinə təşəkkür edirəm. Rəqibə də qarşıdakı oyunlarda uğurlar arzu edirəm".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyada "Şelburn"a qalib gəldikləri (3:0) matçdan sonra deyib. O, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Cütün taleyi həll olundu?
- Qətiyyən yox. Tam yanlış fikirdi. Bu rəqib məğlub olmağı xoşlamır. "Şelburn" meydanda nə etdiyini bilən komandadı. Ona görə də Bakıdakı matçda burdakından daha diqqətli olmalıyıq.
- Rəqibin təzyiqi zamanı oyun üslubunu dəyişməyi planlaşdırırsınız?
- Xeyr. Rəqib təzyiq göstərirsə, oynamaq asan olmur. Səfərdə oynayırıq və belə termin yoxdu ki, rəqib təzyiq göstərəndə qeyri-adi nəsə edək. Əksinə, rəqibə uyğun oyunumuzu qururuq. Sadəcə ilk oyunumuzdu. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq. Bəlkə də rəqib bizə uyğun olmayan sürətlə, üslubda oynayırdı. Biz meydançada yerləşənə kimi 1-2 ötürmə ilə hücuma çıxa bilirdilər. Müdafiəçilərimiz bərk durdular, rəqibin hücumçularına imkan vermədilər. Bu oyunda həddindən artıq riskə getməli deyildik.
- Daha əvvəl İrlandiyada “Dandalk”la qarşılaşmışdınız. Keçmişdəki oyundan hansısa dərs çıxarmışdınız?
- Futbol gündən-günə dəyişir. Geriyə baxsaq, gələcəkdə uduza bilərik. Ona görə də bu gün üçün hazırlaşırıq. Rəqibə uyğun hazırlaşmışdıq. Amma hər iki matçda – həm bu, həm də “Dandalk”la görüşdə gərgin dəqiqələr oldu. Bu da normaldı. İndi hamı düzgün hücum qurmağı, müdafiə olunmağı bacarır. Komandalar keyfiyyətlərini artırırlar. Belə oyunlar bizimçün əlavə təcrübə olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyul 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri