Icma.az
close
up
RU
30 il boyunca heç yerdə bir dəfə də olsun demədim ki, mən şəhid bacısıyam

30 il boyunca heç yerdə bir dəfə də olsun demədim ki, mən şəhid bacısıyam

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onu təxminən 10 ildən çoxdur ki, tanıyıram. Hər zaman vətənpərvər, qəlbi yurd eşqiylə, millət sevgisiylə aşıb-daşan peşəkar jurnalist, istedadlı qələm sahibi kimi qalıb xatirimdə. İki qadın, könül dostu kimi xoş söhbətlərimiz də az olmayıb. Amma onun bir şəhid bacısı olduğunu, qardaşının hələ I Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşub şəhadətə yüksəldiyini bir neçə ay öncə hörmətli professorumuz Cahangir Məmmədli ilə müsahibəsindən öyrənmişəm. Bu vaxta qədər heç yerdə bir dəfə də olsun dilinə gətirmədiyi bu həqiqəti həmin müsahibədə də cəmi bir neçə cümlə ilə demiş və üstündən keçmişdi Gülşən xanım. Bu dəfə mən onu danışdırmaq qərarına gəldim, amma məhz illərdir qəlbində gizli yara kimi gəzdirdiyi şəhid qardaşı haqqında.

Həmsöhbətim Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, Prezident mükafatçısı, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Gülşən Behbuddur. Onunla söhbətimiz əvvəlində uşaqlıq illərinə, böyüyüb-boya başa çatdığı, anasını və qardaşını əmanət etdiyi Gülablıya "səyahət etdik":

"Uşaqlıq insan həyatının ən saf və ən rəngli fəsli, zamanın toxunmadığı yeganə bahardır. Həyat bizi böyüdür, amma içimizdəki uşaq hər zaman uşaq olaraq qalır. Qarabağlıyam. Atam Ağdamın Abdal, anam Gülablı kəndindəndir. Anam məşhur Qarabağ bəylərindən Səlim bəyin nəvəsi olub.

Evimiz dağın ətəyində yerləşirdi. Böyük həyətimiz, bağ-bağçamız, ikimərtəbəli evimiz vardı. Atam biologiya müəllimi idi. Onun çarpayısının yuxarısında xalçanın üzərində gümüşdən böyük qılınc və xəncər asılmışdı. Baxdığım filmlərin baş qəhrəmanlarına, məsələn, "Dəli Kür" filmindəki Cahandar ağaya bənzədirdim atamı.

Böyük Vətən müharibəsi veteranı idi atam. Həmişə bizə müharibədən, orada başına gələnlərdən danışardı. Hərdən onun danışdıqlarını gözümün önündə canlandırırdım, bəzən isə qorxurdum.

Uşaqlıq illərimdən yadımda qalan nənəmin ermənilər haqqında dediyi gerçəkliklər, anamın  rəhmətə getməsi, kəndimizdə ermənilərin yaratdığı bir neçə qorxunc hadisələridir ki, onları da xəyal kimi xatırlayıram".

Söz müharibənin üzərinə gəlmişkən, I Qarabağ müharibəsi və 30 il qəlbində gizlətdiyi "şəhid bacısı" adına toxunuruq:

"30 il boyunca heç yerdə bir dəfə də olsun demədim ki, mən şəhid bacısıyam. Çünki mən elə düşünürdüm ki, ağdamlıyıq və bu, təkcə qardaşımın yox, hər birimizin vətəndaşlıq borcu idi. Mən onda Bakıda tələbə idim və inanın ki, əgər bizi buraxsaydılar, mən də gedər, vuruşardım. Bizim nəslimizdə təkcə qardaşım Adil deyil, xalam oğlu və bir çox qohumlarımız da şəhid olublar.

Şəhid qardaşımın 33 yaşı vardı, nənəm ona "yıxılı evin dirəyi" deyirdi. Əlindən hər şey gəlirdi qardaşımın, çox sağlam idi, idmanla məşğul olurdu. Kəndin sayılıb-seçilən gənclərindən biri idi. Yay vaxtı erməni kəndinə tut yığmağa gedərdik, ermənilər onu görən kimi qabağına qaçırdılar, hər cür kömək edirdilər.

Atam xüsusi çox istəyirdi Adili, həyətimizin aşağısında ev tikdirirdi ona, usta da erməni Vanya idi. Nənəmin Vanyadan heç xoşu gəlməzdi, həmişə onun yeyib-içdiyi qabları ayrıca qoyardı. Atam isə Vanya ilə söhbət edərdi, onun işini bəyənirdi. O, bizim kəndin arxasındakı erməni kəndində yaşayırdı. Hərdən Vanya atama deyərdi ki, əgər erməni-müsəlman davası başlasa, mən müsəlmanlardan tərəf olacam. Atam da dodaqucu gülümsərdi onun bu sözünə. Sonralar atam danışırdı ki, Vanya deyirmiş, ermənilər bu qırğınlara çoxdan hazırlaşırdılar.

Bir dəfə nənəmdən Vanyadan niyə acığı gəldiyini soruşdum. Məlum oldu ki, 1915-ci ildə - nənəm 9 yaşlı uşaq olanda ermənilər kəndə hücum edib, onlarla insanı öldürüblər. Ölənlərin arasında nənəmin qohum-əqrabaları da çox olub. Kəndimizdə Səxvan kişi vardı. Çox qoca idi, ömür boyu darvazanın ağzında büzüşüb oturardı. Qəribə bədən quruluşu var idi. Nənəm danışırdı ki, onda Səxvan cavan oğlan idi, ermənilər onun belinə qaynar samovar bağlayıb, ayaqlarına da nal vurub göndərmişdilər kəndə. Möcüzə ilə Səxvan sağ qalmışdı, amma bədəni əcaib bir hala düşmüşdü.

1993-cü il iyulun 17-də Ağdam uğrunda döyüşlərdə şəhid oldu qardaşım. Mən o vaxt tələbə idim, günlərlə, aylarla gözümün yaşı qurumadı... Atamın beli qırıldı, Adildən sonra o da çox yaşamadı, il yarım sonra o da vəfat etdi. Ruhları şad olsun. Adilin Pərviz və Təbriz adlı iki oğlu qaldı. Son dəfə onu şəhid olmamışdan 1 həftə öncə Bakıya gələndə gördüm, ailəsini gətirmişdi. Gətirib onları qardaşımgilə qoydu, onlar üçün yataqxanadan kiçik bir otaq tapıb, getdi. Sonra isə onun şəhid olduğu xəbərini aldım. Yoldaşı cavan yaşında dul qaldı, bütün ömrünü balalarına həsr elədi.

Adil mənim uşaqlıq xatirəmdir. Onunla bağlı xatirələrim çox az olsa da, əzizdir, unudulmazdır. Adil də daxil olmaqla, o oğullarımız düz 3 il yalın əllə vətən qorudular. Bu gün mən Vətən müharibəsi şəhidlərimizin ailələri ilə görüşəndə deyirəm ki, I Qarabağ müharibəsində 20 mindən çox şəhid verdik, amma torpaqlarımız da işğal olundu. Vətən müharibəsində isə ondan qat-qat az sayda şəhidlə bütün torpaqlarımızı azad etdik. Bu, həm sizin üçün təsəlli olsun, həm də biz - I Qarabağ müharibəsi şəhidlərinin ailələri üçün təsəllidir ki, bizim şəhidlərimizin 30 ildən sonra qanı alındı, onların da ruhları şad oldu".

Gülşən Behbud ictimai mövqeyinə, statusuna görə tez-tez Qarabağ bölgəsinə səfərlər edir, dövlət tədbirlərinə dəvətlər alır. Amma yeganə Ağdamdır ki, beş ildir azad olunmağına baxmayaraq, hələ də oraya getmədiyini, gedə bilmədiyini deyir:

"Ağdama gedə bilmirəm. Dəfələrlə getmək üçün şans yaransa da, düşünmüşəm, ürək edə bilməmişəm. Çünki Ağdamı uşaqlığımdakı kimi görmək istəyirəm. Amma bilirəm ki, elə görməyəcəm. İndi orada nə evimiz var, nə anam, nə qardaşım, nə atam. Anamın və Adilin məzarları oradadır. Atam isə Bakıda rəhmətə getdi. Maraqlıdır ki, anamın ən sevdiyi övladı Adil idi, sanki Adil məzarda da anamı qorumaq üçün şəhid olub orada qaldı. Elə bilirəm ki, oraya getsəm, həmin dəqiqə ürəyim partlayar. Anamın ölümü ilə başlayan iztirablarım qardaşımın, atamın itkisi, Ağdamın işğalı ilə daha da artdı. Sanki mən orada uşaqlığımı qoyub çıxdım. Anam vəfat edəndə bir az böyüdüm. Sonra qardaşım şəhid oldu, xalam oğlu şəhid oldu, atam dünyasını dəyişdi və mən daha da böyüdüm... Bir daha uşaq ola bilmədim".

Şahanə MÜŞFİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri