Icma.az
close
up
RU
30 il ərzində tarixi yaraya mərhəm olmayan Qərb, COP29 üzərindən Azərbaycanı qaralamağa çalışır

30 il ərzində tarixi yaraya mərhəm olmayan Qərb, COP29 üzərindən Azərbaycanı qaralamağa çalışır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Etiraf etməliyik ki, əslində Qərb ölkələri bu gün deyil, elə əvvəldən Azərbaycana "qarşı" olub. Qərb Azərbaycanın öz tarixi torpaqlarının işğaldan azad edilməsinə və sülh içində yaşamasına hansısa "forma"da mane olub. Biz bunu Birinci Qarabağ müharibəsi dövründə açıq-aşkar görmüşük. BMT-nin icrası həyata keçirilməyən 4 qətnaməsi, Azərbaycana yemək-içmək üçün gələn ATƏT-in Minsk qrupu və illərlə Azərbaycan əleyhinə verilən qərarlar, qətnamələr, bəyanatlar... Bunları saymaqla bitməz.

Azərbaycanın torpaqları 30 il işğal altında qaldı, 1 milyondan çox qaçqın və köçkünümüz oldu. Torpaqlarımmız yağmalandı, viran qoyuldu. Tarixi abidələrimiz yerlə yeksan edildi, məscidlərimiz donuz damına çevrildi. 4000-ə yaxın itkinimiz var. Hansı ki, bu gün işğaldan azad edilmiş ərazilərdə onların kütləvi məzarları aşkarlanır. Bununla yanaşı, torpaqlarımız minalarla çirkləndirildi. Və Ermənistan hələ də mina ilə çirkləndirdiyi ərazilərimizin xəritələrini bizə verməkdən boyun qaçırır. Bütün bunlar yaşanılanda Qərb Azərbaycanın və Azərbaycan xalqının hüquqlarının qorunması istiqamətində hansısa addım atdımı? Xeyr!

Biz torpaqlarımızı 30 il sonra şəhidlərimizin qanı bahasına azad etdik.  Ölkə başçısı İlham Əliyevin müvəffəqiyyətli siysəti nəticəsində Azərbaycan özünə nüfuz qazanır. Bu gün Azərbaycanda COP29 kimi əhəmiyyətli bir tədbirin keçirilməsinə Qərb dairələri ağız büzür, qəbul etmək istəmir. Əslində bu dairələri Azərbaycanın nüfuzlu, güclü bir ölkə olmasını istəmir. Azərbaycan da bacardığı qədər mübarizə aparır, xüsusən də bu dairələri ifşa edə bilmək üçün”...

Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi haqda ölkə prezidentinin açılqlamaları siyasi münasibətin pozanların yuvasının harada olduğunu göstərir. Azərbaycana qarşı aparılan təxribat xarakterli kampaniya bəzi dövlətlərin dəstəyi ilə aparılır və bu da səbəbsiz deyil.

Fazil Mustafa

Deputat hesab edir ki, biz bütün cəmiyyət olaraq bu məsələlərdə həssaslığımızı qorumalıyıq.

“Çünki burada dövlətimizin problemindən, Azərbaycanın imicindən söhbət gedir. Belə namərd yanaşmaların qarşısını almağa hamılıqla çalışmalıyıq. Bütün hallarda bu prosesi nəzarətimizdə saxlamalıyıq”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri