Icma.az
close
up
RU
30 ildən sonra ayrıldılar...

30 ildən sonra ayrıldılar...

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Son günlərin ən gözlənilməz xəbərlərindən biri Kataloniyadan gəlib.

Sport.es nəşri Pep Qvardiolanın 30 illik ailə həyatının ardından xanmı Kristina Serradan ayrıldığını yazıb. Maraqlıdı, belə uzunmüddətli ittifaq nədən çat verdi?
Belə məlum olur ki, Peplə Kristina hələ ötən ilin dekabrında ayrılmağa qərar verib. Ancaq cütlük yaxınlarından bu haqda danışmamağı xahiş edib. Məhz bu üzdən ayrılıq xəbəri yalnız yanvarda mediaya sızıb.
Ayrılığın səbəbləri məxfi saxlanılır. Ancaq “Mançester Siti”nin baş məşqçisi artıq 5 il idi xanımı ilə yaşamırdı. Onun İngiltərədə çalışdığı dövrdə Kristina müntəzəm Londonla Barselona arasında get-gəl edib. Xanımın öz biznesi var, Qvardiola futbola necə vurğundusa, Serra da iş dünyasına o dərəcədə maraq göstərir. Boşanmalarına baxmayaraq, onlar dostluq münasibətlərini qoruyurlar. Bəzi əcnəbi paparatsilər Peplə Kristinanı ayrılandan sonra birlikdə teatrda gördüklərini iddia edirlər.
Qvardiola ilə Serranın birgəliyi dünya futbolunda ən möhkəm nigahlardan sayılırdı. Onlar 30 ildən də əvvəl tanış olub. Onda Pep “Barselona”da oynayırdı, Kristina isə geyim dükanında satıcı-məsləhətçi kimi çalışırdı. İndi Serra məşhur biznesvumendi, Kataloniyada və Manresdə dəbdə olan butikləri var.
Məhz Kristina həyat yoldaşının imicinə və geyim üslubuna təsir göstərib. Yəni Qvardiolanın dünyada dəbə xüsusi diqqət yetirən məşqçi kimi tanınması sabiq xanımının xidmətidi. Svitşot, şalvar, şərf və “keta” – bütün bu elementlər Serranın sərt yoxlamasından keçirdi. MS-nin baş məşqçisi ötən ilin yanvarında jurnalistlərə belə demişdi:

“Xanımım bir çox məsələlər, xüsusən də dəb baxımından dünyanın ən yaxşısıdı. Adətən, o, mənə “bunu gey, onu geymə” deyir. Və mən də ona qulaq asıram. Başqalarının məndən daha yaxşı olduğunu anlamaq, onların məsləhətlərinə qulaq asmaq baxımından yetərincə ağıllıyam”.


Kristina və Pep birlikdə nadir hallarda ictimaiyyət önünə çıxıblar, heç vaxt böyük ailə müsahibələri verməyiblər. Cütlüyün üç övladı var – oğul Marius və Mari və Valentina adlı iki qız. Valideynlər 20 il münasibətləri rəsmiləşdirməyə ehtiyac duymayıb, yalnız 2014-cü ildə nigah masasına oturublar.
Həmin vaxt Mariusun artıq 13 yaşı var idi. Kristina tam futbol vurğunu olan Pepdə incəsənətə - teatra, kinoya, hə, bir də yaxşı şəraba maraq oyatmışdı. Qvardiola da öz növbəsində xanımını incə şəkildə futbol məsələlərinə qoşurdu, hərçənd bəzən buna görə heyifsiləndirdi:

“Kristina mənim taktika ilə bağlı qərarlarıma görə gileylənir. O deyir ki, sonuncu oyunda qalib gələn heyəti dəyişmək lazım deyil”.


Kataloniyalı mütəxəssis daim Kristinaya heyranlıq duyub, o da eyni qarşılığı verib. O da məlumdu ki, Pep 2012-ci ildə “Barsa”dan ayrılanda Serra ona Nyu-Yorka köçməyi, sakit həyat sürməyi təklif edib. Məhz bu qərar sayəsində Pep bir müddət dinclik tapıb, uşaqları isə ingilis dilini öyrənib.
İndi fanatlar özləri üçün bu suala cavab tapmağa çalışırlar: Kristinadan boşanmaq Pepin həyatı yenidən gözdən keçirmək və ruhlanma mənbəyi tapmaq üçün yeni cəhdi olmayacaq ki? Bir halda ki, ünlü baş məşqçinin “Mançester Siti”dəki işləri son vaxtlar heç də yaxşı getmir...
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri