13 ildən sonra ayrıldılar
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli müğənni Gökhan Özoğuz boşanıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, ifaçı 13 illik həyat yoldaşı Melis Ülken ilə rəsmi şəkildə ayrılıb.
Qeyd edək ki, Gökhan 2012-ci ildə Melis ilə evlənib. Onların Ayşe, Leyla və Ali adlı 3 övladı var. Gökhan tamaşaçılara "O səs Türkiyə" layihəsindən tanışdır. O, şouda münsiflərdən biri olub.
Müğənni Türkiyəni 2004-cü ildə "Avroviziya" mahnı müsabiqəsində "For real" mahnısı ilə təmsil edib. O, şouda 195 xalla dördüncü olub. Bu o vaxta qədər Türkiyənin yarışma tarixində topladığı ən yüksək xal olub.
Gökhan son olaraq aktyor kimi "Kırmızı oda" serialında rol alıb.

30 ildən sonra ayrıldılar...
30 Yanvar 2025 22:41
13 ildən sonra ilk UÇUŞ
18 Dekabr 2024 13:49
13 ildən sonra Suriyaya ilk aviareys
23 Yanvar 2025 17:43
13 ildən sonra səssiz səmirsiz boşandılar
27 Yanvar 2025 00:51
13 ildən sonra səfirlik yenidən açıldı
20 Mart 2025 21:19

