Icma.az
close
up
RU
30 illik həsrətə son qoyan Tarixi Zəfər!

30 illik həsrətə son qoyan Tarixi Zəfər!

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Şəhidlər təkcə 27 sentyabr tarixində deyil, hər an, hər zaman bizim qəlbimizdə, bizim yaddaşımızdadır. Çünki 2020-ci il Azərbaycan xalqını 30 il həsrətində olduğu torpaqlara qovuşdurdu. Bu tarixi bizə Vətən uğrunda öz canlarını fəda edən Şəhidlərimiz, Vətən uğrunda öz sağlamlıqlarını itirən Qazilərimiz, Vətən uğrunda vuruşan müharibə iştirakçılarımız bəxş etdilər. Şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçılarımız Azərbaycan adlı dövlətə, Azərbaycan adlı xalqa böyük fəxarə tyaşatdılar. 2020-ci il bütün azərbycanlıların və Azərbaycan sevərlərin yaddaşında əbədi qalacaqdır.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanın yaşayış məntəqələrinin və döyüş mövqelərinin şiddətli artilleriya atəşinə tutması səbrimizi daşıracaq son damla oldu. Düşməni artıq yerindəcə məhv etmək, onun təcavüzünə son qoymaq məqamı yetişmişdi. İllərdirsə bredən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Məkrli düşmənin bu hərbi təxribatını dəf etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 27 sentyabr 2020-ci il tarixində dərhal bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlamaq haqqında əmr verdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibə ərzində ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi!

Müharibədə diqqətçəkən və kulminasiya nöqtəsi sayılacaq dövr noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bi raksiomadır. Beləliklə, Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi. Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Qazanılan mütərrəqi zəfərlə ərazi bütövlüyümüz təmin edildi, ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu, milli birliyimiz daha da möhkəmləndi, BMT-nin Dağlıq Qarabağla əlaqədar kağız üzərində qalan qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu, yalançı erməni uydurmaları ifşa olundu, Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı 44 günlük müharibə ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi.

Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq.

27 sentyabr tarixində başlanan haqq uğrunda Vətən Müharibəsi Azərbaycan xalqının gücünü, milli həmrəyliyini, dövlət və xalq birliyini bir daha bütün dünyaya göstərdi. Bütün dünya Azərbaycan xalqının və dövlətinin möhtəşəm qüvvəsinin şahidi oldu.

44 günlük Vətən müharibəsinin başlamasından artıq beş il ötür.

Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.

Samirə Zeynalova

YAP Tərtər Rayon Təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri