NASA Voyager 1 dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NASA-nın "Voyager-1" kosmik aparatı göyərtə cihazlarından informasiya olmadan radiosiqnal göndərməyə davam edərək Yerə elmi məlumatlar ötürməyi dayandırıb.
"Report" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Radiosiqnalın mövcudluğu aparatın oriyentasiya sisteminin, onun anteninin və ötürücü avadanlığının fəaliyyətini davam etdirdiyini göstərir. Lakin elmi məlumatların olmaması onların toplanmasına və emalına cavabdeh olan göyərtə kompüterindəki nasazlıqdan qaynaqlana bilər. Hazırda zondun on elmi cihazından yalnız ikisi fəaliyyət göstərir.
"Biz əvvəllər də baş vermiş bir anomaliya ilə qarşılaşdıq. Kosmik aparatın diaqnostikası iki gün çəkir, ona görə də biz sürətlə hərəkət edə bilmirik, məlumatların ötürülmə sürəti isə son dərəcə aşağıdır", - "Voyager" layihəsinin rəhbəri Suzanna Dodd NASA-nın mətbuat konfransında bildirib.
Analoji nasazlıq 2023-cü il noyabrın 14-də də baş vermişdi. O zaman nasazlığın səbəbi uçuş məlumatları altsisteminin çiplərindən birinin sıradan çıxması olmuşdu. Mühəndislər proqram kodunu yaddaşın işlək hissələri arasında yenidən bölüşdürməklə kompüterin işini bərpa edə bilmişdilər.
NASA-da hələ ki indiki nasazlığın eyni səbəbdən qaynaqlandığını təsdiqləməyiblər.
Qeyd olunub ki, oktyabrın sonlarında aparat iki gün ərzində Yerlə əlaqəni tamamilə itirmiş, daha sonra isə əlaqə bərpa olunmuşdu. NASA mütəxəssisləri iki insident arasında mümkün əlaqəni öyrənirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 27 Noyabr 2026 02:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















