Icma.az
close
up
RU
30 minlik ordu Ukraynaya daxil ola bilər Yeni plan

30 minlik ordu Ukraynaya daxil ola bilər Yeni plan

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya ilə sərhəddə yerləşən iki NATO üzvü – Estoniya və Litva Ukraynaya qoşun göndərmək niyyətini bəyan edib. Halbuki Moskva uzun müddətdir Ukraynada NATO qüvvələrinin olmasını qəti şəkildə rədd edir. İndi isə vəziyyət dəyişir və alyansın Ukrayna ərazisinə daxil olması ehtimalı gündəmə gəlib.

Bu addım Kreml tərəfindən hansı reaksiyanı doğura bilər? Gələcəkdə Moskvanın Baltik ölkələrinə təzyiqi gözlənilirmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya sadəcə Ukrayna üçün işğalçı güc deyil, bütün Avropa üçün qorxulu kabusa çevrilib:

“Odur ki, müharibənin öz sərhədlərinə çatmaması üçün onlar Ukraynanı silahlandırmaqda davam edirlər. Lakin bu, hər iki tərəfi tükədir. Artıq Avropa da, ABŞ da, Rusiya da müharibənin bitirilməsində maraqlıdır. Lakin bu, Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsi bahasına başa gələcəyi üçün Zelenski hələlik güzəştə getmir. Hətta ən son Tramp və Aİ liderləri ilə görüşündə də o, ərazi güzəştlərini qəbul etmədiyini bəyan edib.

Belə ki, Rusiya bütün Donbass ərazisindən, hazırda işğal etmədiyi torpaqlardan belə Ukrayna qoşunlarının çəkilməsini tələb edir. Ukrayna isə bunu rədd edir. Yalnız ərazi güzəştləri olarsa, tezliklə atəşkəs mümkündür və yalnız davamlı atəşkəs razılaşması olarsa, Qərb Ukraynaya təhlükəsizlik qarantiyası təmin edəcək. Əks təqdirdə heç bir Qərb ölkəsi Rusiya ilə qarşıdurmaya getməz.

Volodimir Zelenski Ukrayna üçün təhlükəsizlik qarantiyası ilə yanaşı, Aİ və NATO üzvlüyü də istəyir. Bunu isə Qərb qəbul etmir. Çünki bu, gələcəkdə Rusiya ilə baş-başa gəlmək və yeni dünya müharibəsinə rəvac vermək kimi anlaşılır. Lakin ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə razılaşmasına əsasən, müharibə sonlandıqdan sonra “könüllülər koalisiyası” adı altında istənilən könüllü ölkə Ukraynaya hərbçilər göndərə bilər”.

Həmçinin oxuyun:

Putin Zelenskiyə görə məşhur sözünü pozdu: Ukraynanı sevindirən təklif – 31 sonra qaytarılır

Şəhla Cəlilzadə

Siyasi şərhçinin sözlərinə görə, bu koalisiyanın NATO mandatı altında deyil, BMT mandatı altında olmasını təklif edən ölkələrdən, məsələn, İtaliya qeyd oluna bilər:

“Almaniya və Polşa isə ümumiyyətlə hərbçi göndərilməsinə skeptik yanaşır, bunu ABŞ və NATO ortaqlarının birgə qərarı olmalı olduğunu bəyan edir. Lakin Trampın hakimiyyətinin ilk günlərindən bəlli oldu ki, Amerika Avropada hərbi iştirakını azaldaraq onları Rusiya ilə təkbətək qoymaqla əslində NATO büdcəsini artırmağı (hər ölkəni ÜDM-nin 5%-i həddində hərbiyə büdcə ayırmağa məcbur etməyi) planlaşdırır.

Beləliklə, hələ 2 martda yaradılacağı elan olunan “könüllülər koalisiyası”nda Britaniya və Fransa liderliyi ələ alıb. Macarıstan və Slovakiya kimi Rusiyameylli ölkələr, Balkan ölkələri, İsveçrə və digər neytral ölkələr istisna olmaqla, əksər Avropa ölkələri, hətta Türkiyə, Yaponiya və s. bu koalisiyada iştirak edə bilər. Baltik ölkələrinin burada iştirak istəyi də təbiidir. Rusiyanın ekspansiya siyasətindən ən çox narahat olan məhz onlardır.

Odur ki, açıqlanan məlumata görə, sülh, yaxud davamlı atəşkəs razılaşması əldə olunarsa, ən azı 30 minlik ordu Ukraynaya daxil olacaq. Bu, əslində Ukraynanın təhlükəsizliyi üçün deyil, müharibənin Ukrayna sərhədlərindən çıxaraq Avropaya yayılmasının qarşısını almaq, başqa sözlə, Avropanın təhlükəsizliyi üçündür. Avropa Ukraynanı Aİ və NATO üzvlüyü vədləri ilə aldadıb belə bir müharibəyə sürükləməsəydi, indi Ukrayna 20 faiz torpaqlarının işğalı faktı ilə razılaşmağa məcbur edilməz, öz torpaqlarını Avropanın təhlükəsizliyi üçün qurban vermək məcburiyyətində qalmazdı”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Avqust 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri