Mərhum atasının avtoobilini sərxoş halda idarə etdi, piyadanı vurub öldürdü
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Sabirabad rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edərək piyadanın ölümünə səbəb olma işi üzrə hökm çıxarıb.
BAKU.WS-in məlumaına görə, hadisə 20 iyul 2025-ci ildə Sabirabad rayonu, Xəlfəli kəndində baş verib.
Asif Nuriyev (ad və soyad şərtidir) şəxs sərxoş vəziyyətdə (alkotestr 0,194 promil göstərib), idarəetmə hüququ və etibarnamə olmadan mərhum atasına məxsus "VAZ-21070" markalı avtomobili idarə edib.
Sürət həddi 50 km/saat məhdudiyyətli zonada 80 km/saat sürətlə hərəkət edərkən ötmə manevri zamanı idarəetməni itirib və əks yola çıxaraq piyada Surət Əzizovu (1993-cü il təvəllüdlü) vurub. Piyada sağ budun amputasiyası, sınıqlar və daxili qanaxma nəticəsində travmatik şokdan hadisə yerində vəfat edib.
Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilib və peşmanlığını bildirib. O, axşam 250 qram araq içdiyini, avtomobili kənddaxili yolda idarə etdiyini və qəzanın ötmə zamanı baş verdiyini qeyd edib. Zərərçəkmişin hüquqi varisi (arvad Gülər Quliyeva və anası Sevda Əzizova) məhkəməyə ərizə ilə müraciət edərək barışıq əldə etdiklərini, 15,000 manat kompensasiya aldıqlarını və şikayətlərinin olmadığını bildiriblər.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs Asif Nuriyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma, sərxoş vəziyyətdə və idarəetmə hüququ olmadan) ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bundan əlavə, o, 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Yanvar 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















