Olimpiya Oyunları zamanı Rusiya bayrağının istifadəsi qadağan edildi
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunları zamanı Rusiya bayrağının tribunalarda nümayiş etdirilməsini qadağan etmək qərarına gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İsveç radiostansiyası Sveriges Radio bildirib.
Qeyd edilir ki, Rusiya bayrağı və Rusiya ilə əlaqəli digər simvollar Olimpiya Oyunları zamanı qadağan ediləcək. Bu qayda Rusiya bayrağının Tur de Xizək yarışı zamanı azarkeşlər arasında görünməsindən sonra tətbiq edilib. Belə ki, yanvarın 4-də rusiyalı xizəkçi Saveliy Korostelev Tur de Ski yarışının son yarışı olan kütləvi startda dördüncü yeri tutub. Mükafatlandırma mərasimi zamanı bir neçə azarkeş Rusiya bayraqlarını dalğalandırıb.
Xatırladaq ki, Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyada keçiriləcək. Rusiya idmançılarına neytral idmançı kimi yarışmağa icazə veriləcək.
Cavid
Bu mövzuda digər xəbərlər:Sabah Qış Olimpiya Oyunları başlanır
25 Noyabr 2025 10:37
Londonun Olimpiya Oyunları arzusu merdən açıqlama
28 Aprel 2025 19:24
Fitsroy çayı Yay Olimpiya Oyunları üçün yararsızdı
07 Aprel 2025 16:31
2036cı ildə Yay Olimpiya Oyunları Hindistanda keçiriləcək?
05 Noyabr 2024 16:26
Yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək
30 Yanvar 2025 18:44
Baxış sayı:35
Bu xəbər 07 Yanvar 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















