30 yaşlı qız Qalata qülləsindən yıxılıb öldü
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin İstanbul şəhərində məşhur Qalata qülləsindən yıxılan qadın həyatını itirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, həlak olan qadının 30 yaşı olub. Digər təfərrüatlar açıqlanmayıb. Hadisə yerinə gələn həkimlər qadının artıq vəfat etdiyini müəyyən ediblər.
Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.
Hündürlüyü 67 metr olan Qalata qülləsi XIV əsrdə inşa edilib. Qüllədə yerləşən və İstanbulun panoramik mənzərəsini göstərən müşahidə meydançası turistlər arasında çox məşhurdur. Bu meydança təxminən 51 metr hündürlükdə yerləşir.
Məlumata görə, xarici turistlər üçün bu tarixi abidəyə qalxmaq təxminən 30 avroya başa gəlir.
Bu mövzuda digər xəbərlər:21 yaşlı qız binadan yıxılıb öldü
27 Oktyabr 2025 16:03
Bakıda 20 yaşlı qız binadan yıxılıb öldü
19 Mart 2026 14:08
Bakıda FACİƏ: 12 yaşlı qız binadan yıxılıb öldü
14 Sentyabr 2026 11:50
65 yaşlı qadın yıxılıb ÖLDÜ
20 Dekabr 2024 09:45
74 yaşlı kişi yıxılıb öldü
21 Aprel 2026 15:55
Baxış sayı:67
Bu xəbər 07 Mart 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















