İğtişaşların qarşısını almaq üçün 70 min polis səfərbər edilib
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Fransada yaşayış xərcləri, dövlət xidmətləri və hökumətin siyasətindən narazılıq səbəbilə keçirilən etiraz aksiyaları fonunda mümkün iğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşı səfərbər edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Fransanın daxili işlər naziri Laurent Nunez hər hansı qarışıqlığa qarşı sərt tədbirlər görüləcəyini bildirib.
Onun sözlərinə görə, ölkə üzrə təxminən 150 nümayiş və toplantının keçirilməsi planlaşdırılır. Hakimiyyət orqanları iğtişaş iştirakçılarının şəxsiyyətlərini gizlətmək üçün "Halloween" maskalarından istifadə edə biləcəyindən də ehtiyatlanır.
Qeyd edək ki, etirazlar sentyabrın sonlarında 2027-ci il dövlət büdcəsi ilə bağlı müzakirələr fonunda genişlənib. Aksiyalara tələbələr, həmkarlar ittifaqları və "Sarı jiletlilər" hərəkatının nümayəndələri qoşulub.
Əvvəlki iğtişaşlar zamanı Fransanın müxtəlif şəhərlərində mağazalara, ictimai binalara və müəssisələrə ziyan dəyib. Ticarət Palatasının hesablamalarına görə, pərakəndə satış sektorunun itkiləri 1 milyard avronu ötüb.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Şeremetyevo hava limanı yaxınlığına PUA düşüb, yanğın olub
Zelenski təhlükəsizlik və gəmiçilik məsələləri üzrə danışıqlar aparmaq üçün İstanbula gəlib
Rusiya Ermənistanın yeni səfirinin təyinatına veto qoyub?
Medvedev Polşadakı vəziyyəti lətifə ilə təsvir edib
ABŞ seçkilərində Trampın taleyini kim həll edəcək?
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Türkiyə ordusunun əsgəri şəhid olub
Türk dünyasının yeni Baş katibi: onu yaxından tanıyaq
Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib
ABŞ təsdiqlədi - Ukraynaya 2,1 milyard dollarlıq 500 raket satılacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 31 Oktyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















