300 bal toplayan bu şagirdləri də tanıyaq FOTO
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
2025-ci il 9-cu sinif buraxılış imtahanlarında Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin 3 şagirdi maksimal – 300 bal toplayaraq möhtəşəm uğura imza atıb.
Redaktor.az xəbər verir ki, bu barədə liseyin açıqlamasında deyilir.
Belə ki, Fidan Yaqubəliyeva, Zeynəb İsmayılova və Turqut Hüseynli imtahanda maksimal bal toplayıblar.
"Bu nəticə yalnız bilik deyil, zəhmət, əzm və liseyimizin yüksək təhsil keyfiyyətinin bariz nümunəsidir! Onlar sadəcə sualları yox, çətinliyi, məsuliyyəti və hədəfi fəth etdilər! Bu qələbə həm onların, həm də müəllim və valideynlərimizin zəhmətinin təntənəsidir! Qürurumuzsunuz! Təbrik edirik və daha böyük zirvələr arzulayırıq!", - liseyin təbrikində bildirilir.
Turan İSMAYIL
Baxış sayı:64
Bu xəbər 31 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















