Icma.az
close
up
RU
Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq FOTO

Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq FOTO

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Masallı rayonunun Boradigah qəsəbəsində səkkizinci sinif şagirdi özündən iki sinif yuxarı oxuyan tanışını xüsusi amansızlıqla öldürməyə cəhd edib.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə bir neçə ay əvvəl Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin həyətində baş verən hadisə ilə bağlı açılmış cinayət işi üzrə hökm verib.

İstintaq materiallarında qeyd olunub ki, İnqilab Məmmədov adına 2 saylı tam orta məktəbdə təhsil alan Fuad Babayevlə (yeniyetmələrin ad-soyadları şərtidir - red.) eyni qəsəbədə yerləşən 1 saylı məktəbin 10-cu sinfində oxuyan Loğman Səmədli arasında mübahisə yaranıb. Fuad dostundan eşidib ki, Loğmanın onun qohumu olan qızdan xoşu gəlir və dərsdən sonra onun arxasıyca düşür.

F.Babayev məsələni aydınlaşdırmaq üçün Loğmanla söhbət edərək ondan bu davranışları dayandırmağı tələb edib. Eyni məsələ ilə bağlı sonrakı görüşlərin birində isə tərəflər bir-birlərinə söyüşlər işlədiblər. Söhbətin artıq böyüdüyünü düşünən Fuadla Loğman aralarındakı məsələni birdəfəlik yekunlaşdırmaq üçün sonuncunun təhsil aldığı məktəbin həyətindəki futbol meydançasında əlbəyaxa dava ediblər. Bu vaxt Fuad cibində gətirdiyi mətbəx bıçağı ilə Loğmana bir neçə dəfə zərbə vurub.

Prokurorluq cinayətin xüsusi amansızlıqla törədildiyi qənaətinə gələrkən zərərçəkmişin yaralı vəziyyətdə onu öldürməməsi üçün aman diləməsini də əsas gətirib.​ Səs-küyə gələn məktəb direktorunun və digərlərinin müdaxiləsi nəticəsində faciəli ölümün reallaşmasının qarşısı alınıb. Cinayət törədən şagird isə qorxub hadisə yerindən qaçsa da, polis əməkdaşları qısa müddətdə onu tutub istintaqa təhvil veriblər.

Sinif otağından məhkəmə zalına keçid edən məktəbli təqsirini etiraf edib, amma əməlinin xüsusi amansızlıq kimi qeydə alınması ilə razılaşmayıb. Müdafiə tərəfi ittihamın sanksiya həddi daha yüngül olan qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Fuadın onu bıçaqlamasına səbəb söyüşlərdən sonra aralarında yaranmış anlaşılmazlıq olub. Amma bıçaqla vurmaqda məqsədinin onu öldürmək olub-olmadığını bilmir. O, əlavə olaraq təqsirləndirilən şəxs və ailəsi ilə barışdıqlarını, hazırda heç bir şikayət və tələblərinin olmadığını bəyan edib.

Fotoda: Direktor Emil Vahabov

Hakimlər məktəbin direktoru Emil Vahabovu və hadisə şahidi olan digər şagirdləri də məhkəmə zalında bir-bir dindiriblər. Direktor ifadəsində şagirdini vuran oğlanı tanımadığını, niyə belə etdiyini soruşduqda isə qaçıb getdiyini deyib.

Məhkəmə kollegiyası yekunda hadisənin sadə bir dava deyil, xüsusi amansızlıqla törədilən cinayət olduğunu təsdiq edib.

Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslərə ən ağır şəkildə cinayət törətsə belə, 10 ildən artıq cəza təyin edilə bilməz. Bu tələb nəzərə alınmaqla, təqsirli bilinən məktəbliyə beş il səkkiz ay 15 gün azadlıqdan məhrumetmə cəzası verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2026 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri