Icma.az
close
up
RU
300 bal toplayan şagird: İmtahan günü məni hər tərslik tapmışdı infeksiya, qızdırma, öskürək...

300 bal toplayan şagird: İmtahan günü məni hər tərslik tapmışdı infeksiya, qızdırma, öskürək...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, martın 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, imtahan iştirakçıları arasında 20 nəfər maksimum bal-300 bal toplayıb.

300 balın sahiblərindən biri də Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin şagirdi Nihad Həsənovdur.

Nihad Bakıvaxtı.az-a imtahanda qazandığın bu uğurun sirlərini açıb.

Müsahibəni təqdim edirik:

- İlk olaraq təbrik edirik! Bu nəticəni gözləyirdinizmi?

- Təbii ki, Allahdan nə məsləhətlidirsə, onun olmasını istəmişdim. Allah əziyyəti bəhrəsiz qoymadığına görə çox xoş hisslər keçirirəm.

- Bu nəticəni əldə etdiyinizi ilk dəfə kimə və necə dediniz?

- Texniki problemlərə görə özüm gec xəbərim oldu, cavabın gəlməsini gözləyəndə yanımda ancaq qardaşım varıydı. Saytlarda artıq 300 bal yığanlar içində adım varmış. Anam balı əvvəldən bilirmiş, ilk zəng təbii ki, ona oldu. Sonra mənim ən böyük dəstəkçilərim xalalarım, nənəm, dayım və Tağı müəllim zəng elədilər, bu möhtəşəm anın ortaqları oldular.

- İmtahandan çıxanda özünüzü necə hiss edirdiniz? Maksimum bal toplayacağınızı düşündünüzmü?

- İmtahana səhhətim bərbad halda girmişdim, infeksiya, qızdırma, öskürək, bir sözlə hər tərslik tapmışdı məni. Amma Allaha inanmağım, yardım istəməyim sanki ağrılarımı basdırıb imtahana kömək etdi. İmtahandan 1 saat tez çıxdım, dəfələrlə suallara baxmışdım, artıq əminiydim 300 bal gəlib. Çıxanda ibtidai sinif müəlliməmi gördüm qulağına 300 bizimdi deyə pıçıldadım.

- Hazırlıq müddətiniz necə keçdi? Gündə neçə saat hazırlaşırdınız?

- Mən imtahana hazırlıq müddətimi heç kimə tövsiyə etmirəm. Məndə təməl yaxşı olduğu üçün, 2-3 saat sanballı hazırlamağı üstün tuturdum. Əvvəldən məndə yaranan vərdişdi ki, gecə hamı yatandan sonra oxuyum dərslərimi. Bəzən 4-5-6 saat dayanmadan gecə oxumaqları nəticəni gətirdi.

- Özünüz hazırlaşırdınız, yoxsa repetitor dəstəyi aldınız?

- Təbii ki, bu yolda repititor dəstəyi almağı uyğun gördüm. Yeganə müəllimə, Tağı müəllim, Mənsur və Bəhruz müəllim 300-ün başlanğıcını, əsasını yaratdılar. Hər birinə minnətdaram.

- Sizi bu nəticəyə aparan əsas motivasiya nə idi?

- Məni ayaqda tutan anama görə çalışmaq və sevdiyim insanları xoşbəxt etmək olduğu üçün məsuliyyətimi dərk edirdim.

- Stress və həyəcanla necə mübarizə aparırdınız?

- Stress, həyəcan olmadı, nə yalan deyim. Amma bəzən əsəb krizləri baş tuturdu, amma anam və sevdiklərim yanımda olduğu üçün bunu tez aşırdım.

- İmtahanlara hazırlaşarkən sosial həyatınızdan və hobbilərinizdən imtina etdinizmi?

- Hobbilərim üçün (futbol, gitara çalmaq, şeir yazmaq, gəzintiyə çıxmaq və s.) yetərincə vaxt ayıra bilirdim. Sadəcə zamanı düzgün bölməkdir məsələ.

- Hazırlıq zamanı sosial şəbəkələr sizi yayındırırdı?

- Sosial şəbəkəm yoxdur. Sadəcə mesajlaşma proqramları.

- İmtahanlarda nəyi dəyişmək istərdiniz?

- İmtahan prosesi təkmilləşir, sadəcə daha yaradıcı məsələlərə üstünlük verilməsini, savaddan əlavə məntiqi də yoxlayan suallara yönəldilməsini istəyərəm. Əlavə qeyd kimi, ingilis dili Azərbaycan Respublikasısının rəsmi dili deyil, buna görə də, ingilis, alman və s. dilləri öyrənmək seçim olmalıdır, imtahan yox.

- Hansı ixtisas və universiteti seçmək istəyirsiniz?

- Gələcəkdə beyin cərrahiyyəsi üzrə ölkəmə töhfələr vermək istəyirəm.

- Sizin kimi uğur qazanmaq istəyən abituriyentlərə nə tövsiyə edərdiniz?

- Məqsəd, prinsipiallıq, Allaha inam və ağıllı çalışma uğurun açarıdır.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri