300 min manatlıq dələduz edən aktyora hökm oxundu
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Qoşqar Rəşidov 300 min manatdan çox dələduzluğa görə həbs olunub.
Gununsesi.info xəbər verir ki, 42 yaşlı aktyor külli miqdarda dələduzluq ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.
Qoşqar Rəşidov Xırdalanda H.Cavid küçəsi 221 ünvanında yerləşən “Mülki İnşaat” yaşayış kompleksinə və H.Əliyev prospekti 15 ünvanında iki bloklu, 7 mərtəbli binaya dövlət reyestrindən çıxarış almaq adı ilə 300 min manat pul almaqda ittiham olunur.
Bundan başqa aktyor bir neçə başqa adamı da işə düzəltmək, ünvanlı sosial yardım almağa yardım etmək adı ilə aldatmaqda təqsirləndirilir.
Qoşqar Rəşidov istər bina tikən sahibkardan, istərsə də digər zərərçəkənlərdən pul aldığını etiraf etsə də, məbləğlərin nisbətən az olduğunu deyir. Məsələn, o, Xırdalandakı binalara çıxarış almaq adı ilə bir neçə dəfəyə ona verilən pulun 300 min yox, 280 min olduğunu bildirib. O, aldığı pulları mərc oyunlarında uduzduğunu deyib.
Qoşqar Rəşidov 2020-ci ildə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Bu müharibədə iştirakına görə “Kəlbəcərin azad olunmasına görə”, “Vətənə xidmətə görə” və başqa medallarla təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:224
Bu xəbər 05 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















