Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

31 Dekabr Bu günün gücü, sabahın təminatı

31 Dekabr Bu günün gücü, sabahın təminatı

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixində milli birliyin, azərbaycançılıq ideologiyasının və dövlətçilik təfəkkürünün ən parlaq təzahürlərindən biridir. Bu gün sadəcə təqvimdə qeyd olunan bayram deyil, bütövlükdə xalqımızın tarixi yaddaşını, milli kimliyini və gələcəyə olan inamını özündə ehtiva edən ümummilli ideoloji platformadır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki,  bu əlamətdar günün təməlində XX əsrin sonlarında baş verən taleyüklü proseslər Azərbaycan xalqının azadlıq, müstəqillik və milli özünüdərk uğrunda apardığı mübarizə dayanır: “1989-cu ilin dekabrında Araz çayı boyunca süni sərhədlərin parçalanması ilə azərbaycanlıların birliyə can atması milli həmrəyliyin simvoluna çevrildi. Məhz bu tarixi hadisəyə siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyev 31 Dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməklə bu ideyanı ümummilli məfkurə səviyyəsinə yüksəltdi.

Heydər Əliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qədim və zəngin tarixə malik xalqımızın dirçəlişini, milli birliyini və müstəqil dövlətçilik uğrunda səfərbərliyini ifadə edən mühüm ideoloji dəyər daşıyır. Bu gün azərbaycançılıq ideologiyasının-dilə, mədəniyyətə, milli dəyərlərə və Vətənə sədaqətin qlobal miqyasda təzahürüdür”.

Deputat əlavə edib ki, müasir dövrdə bu bayramın geosiyasi əhəmiyyəti daha da artıb: “Azərbaycan regionun lider dövləti kimi beynəlxalq münasibətlər sistemində öz sözünü deyir, yeni dünya nizamının formalaşdığı mürəkkəb geosiyasi şəraitdə sülh, əməkdaşlıq və sabitlik təşəbbüsləri ilə çıxış edir. Bu proseslərdə dünya azərbaycanlılarının rolu xüsusi önəm daşıyır. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli maraqlarının, haqq və ədalətə söykənən mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz missiya həyata keçirirlər.
Bu həmrəyliyin real nəticələrini biz Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdə, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi zamanı informasiya cəbhəsində açıq şəkildə gördük. Dünya azərbaycanlıları vahid mövqedən çıxış edərək ölkəmizə qarşı aparılan dezinformasiya və hibrid hücumların qarşısının alınmasında mühüm rol oynadılar.

Tarixi Zəfərimiz-İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi, separatçı rejimin çökməsi və həyata keçirilən antiterror əməliyyatları bütün azərbaycanlıları bir amal ətrafında birləşdirdi. “Dəmir yumruq” anlayışı təkcə hərbi gücün deyil, həm də ümummilli birliyin, sarsılmaz iradənin rəmzinə çevrildi.
Bu gün Azərbaycan yeni mərhələyə-sülh dövrünə qədəm qoyur. Azərbaycan sülh missiyasını regiondan kənara çıxararaq beynəlxalq müstəvidə təşviq edir. Bu missiyanın dünyaya düzgün çatdırılmasında, ölkəmizin ədalətli mövqeyinin müdafiəsində dünya azərbaycanlılarının həmrəyliyi həlledici əhəmiyyət kəsb edir. Çünki hazırkı dövrdə informasiya müharibələri, hibrid təhdidlər və məkrli niyyətlər daha da intensiv xarakter alıb. Belə bir şəraitdə milli birlik bizim ən güclü silahımızdır.

Hədəf aydındır: insanların firavan həyat şəraitində yaşadığı, güclü iqtisadiyyata, qüdrətli orduya və nüfuzlu beynəlxalq mövqeyə malik Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi. Bu məqsədə gedən yolda güclü dövlət, güclü diaspor və sarsılmaz milli həmrəylik bir-birini tamamlayan əsas sütunlardır.

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vahid Vətəni- müstəqil Azərbaycan ətrafında sıx birləşdiyini dünyaya bəyan edir. Bu birlik bizim dünənimiz, bu günümüz və gələcəyimizin əsas təminatıdır”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri