Icma.az
close
up
RU
31 Mart erməni faşizminin iç üzünün açıldığı gün

31 Mart erməni faşizminin iç üzünün açıldığı gün

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində faciəli və unudulmaz hadisələrdən biridir. 1918-ci ildə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmişdi. Bolşeviklər və "Daşnaksütyun" partiyasının silahlı qüvvələri tərəfindən həyata keçirilmiş bu soyqırımı aktı tariximizin ən qanlı səhifələrindən biri olmaqla yanaşı, xalqımızın milli yaddaşında dərin iz buraxmışdır. 

Azərbaycan xalqına qarşı soyqırımı siyasəti XIX əsrdən başlayaraq planlı şəkildə həyata keçirilmişdi. Rusiya imperiyası Cənubi Qafqazda mövqeyini gücləndirmək üçün erməniləri Osmanlı və İran ərazilərindən köçürərək Azərbaycan torpaqlarında məskunlaşdırmışdı. Ermənilər say üstünlüyünə nail olmaq üçün müxtəlif dövrlərdə azərbaycanlı əhaliyə qarşı terror və soyqırımı aktlarını intensiv şəkildə davam etdirirdilər. 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabından sonra bolşeviklərin hakimiyyətə gəlişi ilə bədnam qanşularımıza meydan verildi.

Bolşeviklər erməni millətçi təşkilatları – xüsusilə, "Daşnaksütyun" partiyası ilə sıx əməkdaşlığa başlayaraq Azərbaycanda sovet hakimiyyətini qurmaq adı altında yerli əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Bakı kommunasının rəhbəri Stepan Şaumyan erməni millətçiləri ilə birgə hərəkət edərək, azərbaycanlıların məhv edilməsi üçün xüsusi plan hazırladı.

1918-ci ilin mart ayının sonunda Bakı Sovetinin silahlı qüvvələri və erməni daşnak dəstələri azərbaycanlı əhalini qırmağa başladılar. Martın 30-dan aprelin 1-dək Bakı şəhərində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, minlərlə azərbaycanlı vəhşicəsinə öldürüldü. Bakıda təkcə 3 gün ərzində 12 mindən çox azərbaycanlı xüsusi nifrətlə qətlə yetirildi. Bununla yanaşı tarixi-mədəni irsimizə ciddi zərbələr vuruldu – Cümə məscidi, İsmailiyyə binası yandırıldı, bir çox yaşayış məhəllələri dağıdıldı. Soyqırımı zamanı müsəlman əhaliyə məxsus evlər, ticarət mərkəzləri və ictimai binalar talan edildi. Təkcə Şamaxıda 8 mindən çox insan qətlə yetirildi, minlərlə qadın, uşaq erməni vəhşiliyinin qurbanı oldu. 58 kənd yer üzündən silindi. Şamaxı Cümə məscidinə sığınan yüzlərlə insan diri-diri yandırıldı. 

Quba bölgəsində də erməni daşnak dəstələri eyni vəhşilikləri törətdilər. Bu qırğınlar zamanı şəhərdə öldürülənlərin sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4 min nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdıldı, 2750-dən çox ev yandırıldı. 2007-ci ildə Quba şəhərində aparılan qazıntılar nəticəsində kütləvi məzarlıqların aşkar olunması soyqırımın real faktlarla təsdiqini bir daha sübut etdi.  

Ümumiyyətlə, Quba qırğınları zamanı erməni vəhşiliyinin təzahürləri insanı dəhşətə gətirir. Belə ki, burada aşkar edilən kəllə və digər insan sümüklərində güllə izinə rast gəlinmir. Bu da belə deməyə əsas verir ki, soydaşlarımızın hamısı küt alətlərlə qətlə yetirilib. Öldürülənlərin baş nahiyəsindən balta ilə vurulduğu, sonra xəncərdən istifadə etməklə başlarının bədənlərindən ayrıldıqları aşkanlanmışdı. İnsanların başına mismar vurmaqla öldürülməsi isə bu vəhşiliyin dəhşətli miqyasını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulmuş, üzəri torpaqla örtülmüşdü. 

2007-ci ildə Quba şəhərində aşkar edilən kütləvi məzarlıqlar əsasında Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. 2013-cü ildə açılan bu memorial kompleks Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının canlı şahididir. Kompleksin açılışında çıxışı zamanı Prezident İlham Əliyev qeyd etmişdi ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər: “Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir”.

Naxçıvan bölgəsində isə ermənilər 50-dən çox kəndi yandırdılar və əhalini qətlə yetirdilər. 1918-ci ilin iyulunda daşnak Andranik Göyçə və Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərini yandırmağa, dinc əhalini məhv etməyə başladı. Qarabağda 150-dən çox kənd dağıdıldı, minlərlə insan öldürüldü. Bütün bu vəhşi hərəkətlərə bolşevik daşnak komissarı Stepan Şaumyan rəhbərlik edirdi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hökumət bu hadisələri araşdırmaq üçün Fövqəladə İstintaq Komissiyası yaratdı. Komissiyanın topladığı materiallar sübut edirdi ki, erməni silahlı qüvvələri azərbaycanlılara qarşı kütləvi qətllər törətmişlər. Lakin 1920-ci ildə sovet hakimiyyətinin qurulması nəticəsində bu istintaq dayandırıldı və soyqırımı faktları uzun illər gizlədildi. Xalqımızın soyqırıma məruz qalması, tarixi ərazilərimizin  Ermənistanın xeyrinə zəbt edilməsi faktları gizlədildi, bu məsələ ilə bağlı çıxış edən milli aydınlarımız millətçi adı ilə damğalanaraq məhrumiyyət yaşadılar. 

Yalnız 1998-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi. Bundan sonra Azərbaycan dövləti bu faciənin beynəlxalq səviyyədə tanıdılması üçün geniş işlər görməyə başladı. Soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması və tarixi ədalətin bərpası üçün bu gün də genişmiqyaslı işlər görülür.  

31 Mart Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış faciəli bir tarixdir. 1918-ci ildə törədilmiş bu soyqırımı Azərbaycan xalqına qarşı planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin bir hissəsi idi. Ermənilər də törətdikləri qırğınları etiraf edirlər. Tarixçi Yervand Lalayan (1864-1931), daşnak Qaregin Muradyan, Qafan Rayon Partiya Komitəsinin katibi olmuş Mkrtçyan və digər erməni millətçiləri yazılarında, çıxışlarında xalqımıza qarşı soyqırımı törtədiklərini etiraf etmiş və bu qətlləri “erməni xalqının missiyası” kimi qələmə vermişdilər. 

Bu gün qalib Azərbaycan dövləti torpağımıza və insanımıza qəsbkar gözü ilə baxanları müttəhim kürsüsündə əyləşdirib tarixi reallığı etiraf etdirir. Müzəffər Ali Baş Komandan kimi savaş meydanında qələbəni təmin edən Prezident İlham Əliyev həm də hüquqi-diplomatik masada Azərbaycan həqiqətlərini dünyada tanıdır. Bütün bunlar onu göstərir ki, iki yüz il boyunca tapdalanan haqqımız bərpa olunub, bu illər ərzində canını Vətənə qurban verən şəhidlərimizin ruhu şaddır və bir daha erməni separatizmi ölkəmizə ayaq açmayacaq.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Mart 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri