Icma.az
close
up
RU
31 Mart soyqırımından 108 il ötür

31 Mart soyqırımından 108 il ötür

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 108 il ötür.

Axşam.az xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.

Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.

Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://axsam.az
archiveBu xəbər 31 Mart 2026 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see483

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see448

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see422

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see327

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see300

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see252

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see226

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see218

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see214

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see201

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see201

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see193

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see191

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see188

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see184

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see182

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see180

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see176

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see160

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri