Icma.az
close
up
RU
Deputat 31 mart soyqırımından danışdı: “Tarixdən dərs çıxarmalıyıq”

Deputat 31 mart soyqırımından danışdı: “Tarixdən dərs çıxarmalıyıq”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixi şanlı səhifələri ilə yanaşı, faciələr və soyqırımları da görüb.

Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Həmin vaxt Bakı şəhərində və Azərbaycanın digər bölgələrində erməni-bolşevik silahlı dəstələri azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçiriblər.

Bu qətliamlar nəticəsində 10 minlərlə azərbaycanlı həyatını itirib. Soyqırımı əsasən erməni millətçilərinin silahlı dəstələri və bolşevik rejiminin dəstəyi ilə həyata keçirilib.

Azərbaycan Xalq Cümhuriyyəti 1919-1920-ci illərdə 31 martı Milli Matəm Günü elan edib. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub və bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş tədbirlər görülməyə başlanıb.

Bu gün 31 mart Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz qoyan faciə kimi anılır və hər il soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə həkk olunub və hər zaman xatırlanmalıdır:

“1918-ci ildə Azərbaycanda və Bakıda ağır və acınacaqlı bir vəziyyət yaranmışdı. O dövrdə bolşevik rejimi, bilavasitə erməni daşnaklarının əli ilə azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçirdi.

Təbii ki, burada erməni daşnaklarının çox böyük marağı vardı. Bu qırğınlar yalnız Bakıda deyil, Şamaxı və digər bölgələrdə də geniş miqyas aldı. Dinc əhali kütləvi şəkildə qətlə yetirildi, şəhər və kəndlər dağıdıldı, minlərlə günahsız insan qurban oldu.

Azərbaycan xalqı ilkin mərhələdə öz imkanları çərçivəsində müqavimət göstərməyə çalışdı. Bakı və ətraf kəndlərin sakinləri ailələrini qorumaq üçün silaha sarıldılar. Lakin güc balansı qeyri-bərabər idi və nəticədə böyük qırğınlar baş verdi.

Yalnız sonradan Osmanlı Türkiyəsinin qardaş köməyi ilə bu qətliamın qarşısı alındı. Lakin bu soyqırımı xalqımızın qan yaddaşında əbədi iz buraxdı”.

Deputat qeyd edib ki, yaşanan faciələri unutduqca hər dəfə yeni faciələrə yol açmış oluruq:

“Bu hadisələr heç vaxt yaddan çıxmamalıdır. Gələcək nəsillər də bilməlidir ki, ermənilər tarix boyu fürsət tapan kimi azərbaycanlılara qarşı vandalizm və qətliamlar törədiblər. Sonrakı dövrlərdə də bu cür hadisələr baş verdi. Təəssüf ki, biz hər dəfə bu faciələri yaddaşımızda yeniləmək məcburiyyətində qaldıq.

Tarixdən dərs çıxarmaq və bu hadisələri unutmaq olmaz. Çünki unutduqca yeni faciələrə yol açmış oluruq. Ona görə də Azərbaycan daim güclü olmalı, xalqımız tarixi yaddaşını qorumalı və gələcək nəsillərə ötürməlidir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri