Icma.az
close
up
RU
31 maya qədər maqnit qasırğası var: Həkim, necə qorunum?

31 maya qədər maqnit qasırğası var: Həkim, necə qorunum?

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə həyəcanla mayın sonunda baş verəcək maqnit qasırğaları haqqında müzakirələr gedir.

Adalet.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş Astronomiyası və Heliofizika Alətləri Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun alimləri Günəşdə baş verən partlayışların yaratdığı maqnit qasırğaları barədə xəbərdarlıq verib. Bu xəbərdarlıq İnsanları ən çox ona görə narahat edir ki, maqnit qasırğası sağlamlığa böyük ziyan vurur.

Alimlərin onu da vurğulayıb ki, , mayın 28-də günəş küləyinin sürəti artmağa başlayacaq və təqribən 600 km/s-ə çatacaq. Bu artım mülayim hesab edilsə də, əvvəlki proqnozlar faktiki dəyərlərin daha yüksək, 700-800 km/s-ə qədər ola biləcəyini göstərib ki, bu da artıq nəzərə çarpan maqnit qasırğalarına səbəb olub. Mövcud hesablamalara baxmayaraq, ekspertlər orta intensivliyə uyğun gələn Kp indeksi ilə təxminən 5 ballıq fırtına gözləyirlər.
Yəni, planet sakinləri 28 maydan başlayaraq 31 maya qədər belə dalğalanmalar meteohəssas insanlar, xroniki xəstəlikləri olan insanlar, hamilə qadınlar, körpələr və yaşlılar tərəfindən hiss olunur.
Mən də meteohəssas olduğum üçün təcili olaraq həkim -terapevt Lətifə xanım Mikayılovaya zəng etdim:


- Həkim, doğrudanmı, maqnit qasırğası insanın səhhətinə zərbə vura bilir?


- Maqnit qasırğaları daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Qasırğa zamanı başda ağrılar, ümumi halsızlıq, başgicəllənməsi, əllərdə və ayaqlarda zəiflik hissiyyatı, yuxusuzluqdan əziyyətçəkmə halları mümkündür. Xüsusən, artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər mağnit qasırğası zamanı əziyyət çəkirlər. Maqnit qasırğası bir neçə gün davamlı olanda hətta sağlam insanlarında təzyiqində dəyişikliklər olur, səhhəti təsirə məruz qalır.


- Həkim, tutaq ki, qeyd etdiyiniz hallar məndə baş verdi, qasırğa səhhətimdə özünü biruzə verdi, bəs onda mən nə edim? Hansı vasitələrlə özümü qoruyum?


- Meteohəssas insanlar maqnit qasırğası olan günlərdə çalışsın evdən çölə çıxmasın, daha dəqiq, səhər saatlarından axşam saatlarına qədər evdə otursun ki, günəşdən qoruna bilsin. Çoxlu su içsin, vanna qəbul etsin. Bunlar kömək etməsə, mütləq həkimə müraciət etsinlər.


Qeyd edək ki, alimlər bildirib ki, maqnit qasırğası G3 səviyyəsindədir və bu o deməkdir ki, Yerdə enerji sistemlərində də problemlər yarana bilər.

 Əntiqə Rəşid
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri