Icma.az
close
up
RU
320 manatdan az pensiya alanların pensiyaları nə qədər artırılacaq? İqtisadçı açıqladı

320 manatdan az pensiya alanların pensiyaları nə qədər artırılacaq? İqtisadçı açıqladı

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son günlər bizə olan müraciətlər arasında nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərinin indeksləşdirilməsi, yoxsa birbaşa artırılacağı ilə bağlı suallar üstünlük təşkil edir. Yəni, hazırda 320 manatdan az pensiya alanların pensiyaları necə artırılacaq? “Əmək Pensiyları” haqqında Qanunda bu məsələ öz əksini tapıb. Bu zaman pensiya məbləğindən asılı olaraq həm indeksləşdirmə, həm artım, həm də hər iksinin tətbiqi mümkündür".

Hurriyyet.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçi alim Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.

Millət vəkili məsələni keyslər üzərindən izah edib: 

"1. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 310 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları indeksasiya ilə artırılır. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır. Bu o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği 320 manata çatdırılmadan indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. Deməli, bu halda 310 manat pensiya alan vətəndaşımızın pensiya məbləği indeksləşdirmədən sonra 334.8 manat, yəni yeni minimum pensiya məbləğından çox olacaq.

2. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 22.4 manat əlavə olunacaq. Amma alınan məbləğ- 302.4 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq.

3. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən sonra qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman o vətəndaşımızın pensiyası gələn aydan etibarən birbaşa 14.3 faiz artırılaraq 320 manata çatıdırılacaq. Bütövlükdə, bu ilin yanvar ayı ərzində əmək pensiyası hüququ qazanan vətəndaşlarımızın pensiya məbləğləri 320 manatdan azdırsa o rəqəmlər gələn aydan birbaşa 320 manata çatıdırılacaq. Çünki gələn aydan 320 manatdan az pensiya olmayacaq. Deməli, bu halda indeksləşdirmə tətbiq olunmur, birbaşa artım şamil edilir".

Qeyd edək ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri