Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

33 il sonra məlum oldu: dəfn edilən şəhid başqası imiş

33 il sonra məlum oldu: dəfn edilən şəhid başqası imiş

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilərək bir neçə gün əvvəl dəfn olunan şəhidlərimizdən biri də Lətif Şahhüseynovdur.

Tribunainfo.az xəbər verir ki, bu şəhidimizi 33 il əvvəl Zaqatalanın Dağlı kəndində başqa adla – Məhərrəmov Qəhrəman Ramazan oğlu kimi dəfn ediblər.

Məhərrəmovlar ailəsi bütün bu illər ərzində həmin məzarı öz şəhidləri kimi ziyarət edib, hər əziz gündə dua ediblər. Amma daxilən şübhələri də olub. Nəhayət, illər sonra aidiyyəti qurumlara müraciət olunub və DNT analizi nəticəsində dəfn edilən şəxsin itkin şəhid Lətif Şahhüseynov olduğu təsdiqlənib.

“Bütün bu həqiqət oğlum Şahinin israrlı xahişləri sayəsində üzə çıxdı. Biz Qəhrəmanla 1991-ci ilin sentyabrında ailə qurduq. Toydan bir neçə ay sonra o, vətəni qorumağa getdi. Kənddən 9 nəfər döyüşə yola düşmüşdü, hamısı qayıtdı, Qəhrəmandan başqa. Oğlum Şahin o şəhid olandan sonra dünyaya gəldi. İndi iki nəvəm var, onlardan biri itkin babasının adını daşıyır”, – deyə şəhid Qəhrəman Məhərrəmovun həyat yoldaşı Xanım Məhərrəmova bildirib.

Onun sözlərinə görə, xəbər gəlməyəndə Qəhrəmanın atası Ramazan kişi aylarla Füzuli istiqamətində oğlunu axtarıb, hər qapını döyüb. Lakin heç bir məlumat tapılmayıb: “Qayınatam deyirdi ki, ana dərddən ölər deyə qorxub meyitlərdən birinə sahib çıxıb, bənzəyənini gətirib dəfn ediblər. Elə tabutda saxlanıldığı üçün üzünü də görmədik”.

O, illər boyu məzarın həqiqətən kimə məxsus olmasına dair qayınatasının şübhələrini də unutmayıb: “Hər dəfə qəbir üstünə gələndə pıçıldayırdım: “Bu, sənsənmi, yoxsa başqası?”

Şəhidin oğlu Şahin də qəbir üstündə duyğularını gizlədə bilmir: “Atamın dəfnindən bir həftə sonra dünyaya gəlmişəm. Atasızlıq çətindir. Amma şəhid övladı olmaq qürurdur”.

Şahin illər sonra ailə üzvlərindən, xüsusən Rusiyada yaşayan əmilərindən DNT testinə razılıq almağa nail olur. Nəticələrdən sonra məlum olur ki, Məhərrəmovlar ailəsinin 33 il ziyarət etdiyi məzar başqa bir şəhid – Lətif Şahhüseynova məxsusdur:

“Bunu biləndə sanki ikinci dəfə atasız qaldım. Amma ən azı şübhələr bitdi. Başqa bir ailənin sevincinə də şərik olduq. Demək ki, biz də öz gerçəyimizə bir addım yaxınlaşdıq”.

Ailə nə qədər ağır olsa da, qərarın onlara yüngüllük gətirdiyini deyib və Şahhüseynovlar ailəsini təbrik edib.

Məhərrəmovlar ailəsi inanır ki, itkin düşmüş bütün igidlərimizin taleyi aydınlaşacaq: “Ali Baş Komandan İlham Əliyev düşmənə qalib gəldiyi kimi, inşallah, itkin şəhidlərimizin də hamısının nəşi tapılacaq və ailələrinə qovuşacaq”. (Mənbə: Azərtac)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri